Sizin Reklam Burada

Britaniya Azərbaycana yardım ayırdı

Britaniya Azərbaycana yardım ayırdıBöyük Britaniya Dağlıq Qarabağ münaqişəsindən sonra Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının həyata keçirilməsi üçün 500 min funt sterlinq maliyyə ayırdığını elan edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bu vəsait Dağlıq Qarabağ bölgəsində və ətrafında minaların təmizlənməsi, insanların təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub. Xüsusilə, bu profil üzrə mütəxəssislərin hazırlanması və təlimi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Böyük Britaniya postmünaqişə humanitar dəstək elan edən ilk dövlət olub, zərərçəkmiş insanlara yardım üçün Beynəlxalq Qızıl Xaça 1 milyon funt ianə edib.

Böyük Britaniya digər ölkələri də partlamamış mərmilərə görə doğma yerlərinə qayıda bilməyən adamlara yardım etmək üçün Birləşmiş Millətlər Təşkilatının təşəbbüslərini dəstəkləməyə çağırır.

"Dağlıq Qarabağ və ətraf ərazilər ən çox minalanmış ərazilərdən biridir və burada adamların həlak olması və ya onların ağır xəsarət alması barədə tez-tez məlumatlar gəlir.

Böyük Britaniyanın ayırdığı vəsait Birləşmiş Millətlər Təşkilatının təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə, görüləcək daha çox iş var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq”, - Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton deyib.

Vəsait Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın yerli və milli minatəmizləmə təşkilatlarına texniki, strateji və idarəçilik dəstəyinin göstərilməsi üçün istifadə olunacaq.

“Böyük Britaniya Ermənistan və Azərbaycanı bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutan Ottava Konvensiyasını imzalamağa çağırır", - məlumatda bildirilir

Qeyd edək ki, müxtəlif hesablamalara görə, 2020-ci il müharibəsindən sonra Qarabağ bölgəsində yüz minlərlə mina və partlamamış döyüş sursatı qalır. Mütəxəssislərin hesablamalarına görə, onların təmizlənməsi üzrə işlərə ən azı 10 il vaxt sərf olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər