Azərbaycanda DSK-lar yenidən formalaşdırıldı

Azərbaycanda DSK-lar yenidən formalaşdırıldıMilli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 125 Seçki Dairəsi üzrə DSK-lar yenidən formalaşdırılıb.

MSK sədri qeyd edib ki,1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.