Sizin Reklam Burada

Heç kim Azərbaycanın səbrini sınamamalıdır – Yücel Karauz

Heç kim Azərbaycanın səbrini sınamamalıdır – Yücel KarauzErmənistan İkinci Qarabağ savaşında məğlub oldu. Bunun nəticəsində 10 noyabr üçtərəfli bəyanatı imzalandı və sənədə görə Azərbaycanın ərazi bütövlüyü təmin edildi, bölgədə yeni reallıq yarandı. Ancaq Ermənistan zaman qazanmaq üçün öz öhdəliklərini yerinə yetirməməklə və təxribatla məşğul olmaqla yeni reallığı qəbul etməməkdə israr edir.

Bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Onun sözlərinə görə, Ermənistanın zaman qazanmaq istəyinin arxasında iki məqsəd var:

“Zaman qazanmaqda birinci məqsədi beynəlxalq aləmdə özünə tərəfdar toplamaqdır. İkinci məqsədi isə rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən və sərhəd bölgələrindən davamlı atəş açmaq, cinayət törətmək yolu ilə özünün çətin vəziyyətdə olduğunu, “əzildiyini” dünyaya göstərməkdir”.

General Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın bütün təxribatlarına cavab vermək gücündə olduğunu bildirib:

“Ermənistanın həm Naxçıvan, həm də digər bölgələrdə törətdiyi bu təxribat və cinayətlərə Azərbaycan Ordusunun cavab vermək qüdrəti və qabiliyyəti var. Azərbaycan bugünədək olduğu kimi səbrli və təmkinli olmalı, hüquq çərçivəsində hərəkət etməlidir. Lakin təxribatların artması halında Azərbaycanın həm hərbi, həm də siyasi baxımdan Ermənistana misli ilə və artan şəkildə cavab verməsi önəmlidir”.

Yücel Karauzun sözlərinə görə, Ermənistan özünü cığalbaz uşaq kimi aparır, ancaq heç kim Azərbaycanın səbrini sınamamalıdır:

“Qarabağda yaşayan ermənilərə Rusiya və İran tərəfindən Azərbaycanın razılığı olmadan yardımlar edilir, Ermənistandan oraya rus sülhməramlılarının gözünün önündə əsgərlər daşınır. Bunu qəbul etmək olmaz. İlham Əliyevin də qeyd etdiyi kimi, əgər vəziyyət belə davam edərsə, lazımi cavab veriləcək. Heç kim Azərbaycanın səbrini sınamamalıdır. Azərbaycan 28 il boyunca sülh üçün çalışdı və səbr etdi. İndi isə 44 günlük Vətən savaşından sonra Azərbaycan Ermənistana bölgədə sülhün və sabitliyin bərqərar olması üçün şans tanıyıb. Ancaq bu şansın və səbrin bir sonu var. Əks halda, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquq çərçivəsində ölkənin ərazi bütövlüyünü qorumaq və təmin etmək üçün öz vəzifəsini yerinə yetirəcək”.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini də şərh edən Karauz bunun Şuşa Bəyannaməsinin ruhuna uyğun olduğunu vurğulayıb:

“Bildiyimiz kimi ölkələrimiz arasında imzalanan Şuşa Bəyannaməsinin əsas müddəalarından biri də müdafiə sənayesi sahəsində yaxın əməkdaşlıq, ortaq fəaliyyət sahələrinin formalaşdırılması, Türkiyənin imkan və qabiliyyətlərinin bir qisminin Azərbaycanla paylaşılması və birgə istehsaldır. Bu çərçivədə 17-20 avqust tarixlərində İstanbulda keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edəcək. Dolayısı ilə Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq sərgi zamanı eyni zamanda iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində yol xəritəsi müəyyən ediləcək. Bu da cənab İlham Əliyevin “CNN Türk”ə verdiyi müsahibədə vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasında olan strateji əməkdaşlığın regional səviyyədən beynəlxalq səviyyəyə keçməsinə öz töhfəsini verəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər