Sizin Reklam Burada

“Bakı Bəyannaməsi” beynəlxalq hüquq baxımından çox vacib nəticələri ortaya qoyacaq"

“Bakı Bəyannaməsi” beynəlxalq hüquq baxımından çox vacib nəticələri ortaya qoyacaq"İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən qardaşlığımızın, dostluğumuzun əyani təcəssümü olan "Bakı Bəyənnaməsi" imzalanıb. İmzalanan bəyannamə həmçinin ölkələrimiz arasında olan münasibətlərin daha da dərinləşdirməsinə, habelə parlament səviyyəsində də əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Qaqfqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oktay Avrasiya.net-ə bildirib ki, ilk Qarabağ müharibəsi nəticəsində Pakistan böyük bir strateji manevr etdi və 30 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq sistemin nəzarəti altına alınmasına dəstək oldu. Bu gün çatdığımız nöqtədə Pakistanın bu münasibəti o dövrün şərtlərində böyük bir cəsarət nümunəsi kimi qəbul edilir: “Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edibsə, bunu Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında verdiyi qərara uyğun olaraq həyata keçirib. Sovet İttifaqının dağılmasından sonra ərazi bütövlüyü və sərhəd anlayışının az qaldığı bir coğrafiyada Azərbaycanın sərhədlərini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları ilə rəsmiləşdirmək çox vacib idi. Əlbəttə ki, Türkiyə-Azərbaycan-Pakistan münasibətləri Birləşmiş Millətlər Təşkilatı toplantısından sonra gözlənilən inkişafı göstərə bilmədi. Bununla birlikdə, 44 günlük Qarabağ müharibəsində Pakistanın Azərbaycana açıq dəstəyi Türkiyə-Pakistan-Azərbaycan münasibətlərini yenidən gündəmə gətirdi. İndi Bakıda keçirilən üçtərəfli görüş və “Bakı Bəyannaməsi” beynəlxalq hüquq baxımından çox vacib nəticələri ortaya qoyacaqdır. Hər şeydən əvvəl, Pakistanın 93-cü ildə etdiyi bu möhtəşəm addımın bu gün nə demək olduğunu görmək və bu hərəkəti “Bakı Bəyannaməsi” ilə nəticələndirməsi bölgədəki siyasi və sosial hadisələr baxımından çox vacibdir. Türkiyə-Azərbaycan-Pakistan birliyinin əhali baxımından 300 milyon potensialı var. Bu əsas quruluş ətrafında Türk və İslam dünyasına əlavə etdiyiniz zaman, böyük bir gücün Azərbaycanın haqlı işinin yanında olduğunu göstərmək baxımından son dərəcə vacibdir. Bu münasibətləri getdikcə davam etdirmək lazımdır. Bu bəyannamə son günlərdə hələ də Dağlıq Qarabağ üzərində status gözləyən dövlət üçün son dərəcə vacibdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər