"Avropa ilə Asiya arasında strateji layihələrin Azərbaycan ərazisindən keçməsi səmərəli variantdır"

"Avropa ilə Asiya arasında strateji layihələrin  Azərbaycan ərazisindən keçməsi səmərəli variantdır"Cənab Prezident İlham Əliyevin çox uzaqgörən, düşünülmüş siyasəti, Azərbaycanın yerləşdiyi ərazi, coğrafi şərait ölkəmizin tranzit layihələrə dəstək imkanını xeyli artırıb.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında ekspert Əkrəm Bəydəmirli bildirib.

Ekspert qeyd edib ki, bu gün Avropa ilə Asiya arasında strateji layihələrin Azərbaycan ərazisindən keçməsi ən optimal, təhlükəsiz, iqtisadi cəhətdən səmərəli variantdır: "Əcnəbi ekspertlər, dünya ölkələrinin liderləri belə tranzit layihələrdən öz ölkələrinin məhz strateji maraqları çərçivəsində yanaşaraq Azərbaycanla həmrəyliklərini nümayiş etdirirlər".

Ə.Bəydəmirli onu da qeyd edib ki, iqtisadi əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyə təkan verəcək amildir: "Azərbaycan regionda yerləşən ölkələrin hamısı ilə bu əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Avropa Birliyinin mövqeyini Azərbaycana səfəri zamanı Şarl Mişel ortalığa qoyub. Şarl Mişel birmənalı şəkildə Azərbaycan ərazisindən keçən iqtisadi layihələrə dəstəyini ifadə etmişdi. Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması dünyanın iqtisadi təzyiqləri ilə üzləşən Rusiyanın da maraq dairəsindədir. Çünki həmin ölkənin rəhbərliyi anlayır ki, böyük bir coğrafi əraziyə çıxmaq üçün Azərbaycan ərazisindən, Zəngəzur dəhlizindən istifadə etməklə iqtisadi üstünlüklər qazanmış olacaq. Bütün bunlar Azərbaycanın strateji və milli maraqlarına cavab verəcək hədəflərdir".