Sizin Reklam Burada

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatına yeni bir nəfəs verildi"

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatına yeni bir nəfəs verildi"Prezident İlham Əliyevin COVİD-19-la mübarizə istiqamətində irəli sürdüyü təşşəbbüslər dünya ölkələri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

QHT sədri deyib ki, Azərbaycan 10 ildən artıqdır ki, Qoşulmama Hərakatının (QH) üzvüdür. Hazırda da hərakata sədrliyi Azərbaycan edir: "Qoşulmama Hərakatının mühüm prinsiplərindən biri hər bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşma prinsipləri ilə bərabər bütün dünya ölkələrinin bir-birinə qarşı ədalətli mövqe nümayiş etdirməsinə də təşviq etməkdədir.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatına yeni bir nəfəs verildi. Xüsusi ilə bütün dünyanın əziyyət çəkdiyi COVİ-19-la mübarizə sahəsində Azərbaycan prezidentinin təşşəbbüsləri rəğbətlə qarşılandı, həm də, baş verən neqativləri aydınlığa çıxartdı.

Tibbi ehtiyacları ilə, vaksin bölgüsü ilə bağlı ədalətsiz yanaşmaların aradan qaldırılması üçün prezident İlham Əliyev tərəfindən irəli sürülən BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi vacib təşşəbbüs kimi qiymətləndirilir.

Bu dünyada insan hüquqları, hümanizim dəyərləri ilə bağlaşan gözəl bir addımdır. COVİD-19-la bağlı mübarizədə dünyanın çətin iqtisadi şəraitdə yaşayan ölkələrinin diqqətdə saxlanılması, onlara ədalətlə yanaşılması ilə bağlı Azərbaycan dövlət başçısının irəli sürdüyü təkliflər beynəlxalq ictimaiyyət tərəfindən də maraqla qarşılanmaqdadır.

Bütün bunlar eyni zamanda Qoşulmama Hərakatının dünyadakı imicinə də müsbət təsir göstərməkdədir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər