Sizin Reklam Burada

İrana hücumların ssenarisi nəzərdən keçirilir

İrana hücumların ssenarisi nəzərdən keçirilirVadim Kozyulin: “Tehranın nüvə silahına sahib olmaq istəyi dünyanı narahat edib”

İranla nüvə anlaşması məsələsi hələ də təhlükə olaraq qalmaqdadır. Məsələ ilə bağlı ABŞ ilə İran arasında birbaşa danışıqlar aparılmayıb, vasitəçilərin dəstəyi ilə baş tutan danışıqların isəheç bir effekti olmayıb.
İranın mübahisəli nüvə proqramı uranın saflaşdırılmasından, atom elektrik stansiyasında enerji istehsalından və bir neçə obyektə MAQATE-nin beynəlxalq müfəttişləri nəzarət edir, az bir hissəsi gizlidir, bir qisminin də hələ tikintisi başa çatmayıb.
Təqribən 12 il sürən danışıqlardan sonra, nəhayət, İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Aİ arasında 2015-ci il iyulun 14-də Vyanada İranın nüvə proqramı üzrə Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) imzalanıb.

Sazişin mətninə əsasən, 15 il ərzində İranın az saflaşdırılmış uran ehtiyatları 98 faiz azaldılaraq, ümumi çəkisi 10 tondan 300 kiloqrama endirilməli idi. İran sentrifuqaların sayını 19000-dən 6104-ə qədər, yəni 60 faiz azaltmalı idi, növbəti 10 ildə onlardan yalnız 5060-nın uranın saflaşdırılmasında istifadəsinə icazə verilirdi. 15 il ərzində İran uranın saflaşdırılmasını 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlamalı, bəzi nüvə obyektlərində bu prosesi tamamilə dayandırmalı idi. 15 il ərzində İran heç bir yeni uran saflaşdırma obyekti inşa edə bilməzdi.

Lakinİranöhdəlikləri yerinə yetirmədiyindən, 2018-ci ildə ABŞ sazişdən çıxdı. Nəticədə İrana qarşı sərt sanksiyalar tətbiq edildi, Tehran da buna cavab olaraq, nüvə proqramını mümkün qədər aktiv şəkildə inkişaf etdirməyə başladı.

MAQATE mütəxəssislərinin fikrincə, İran fərqli səviyyələrdə zənginləşdirilmiş 3.2 min kiloqramdan çox urana malikdir.

Bu gedişlə 2021-ci ilin sonunda İranın yeni bir nüvə gücünə çevrilməyə çox yaxın olması ehtimalı artır.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası Müasir Beynəlxalq Problemlər İnstitutunun Qlobal Tədqiqatlar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulin “Xalq Cəbhəsi”nə aşıqlamasında bildirib ki, İran İsrailin məhv edilməli olduğuna dair açıqlamalar verib. Amma eyni zamanda nüvə silahı yaratmağa çalışmadığını söyləyir: “İran sanksiyaların ləğvi müqabilində müəyyən qaydaları qəbul edəcəyinə razılaşdı. İran BƏFP üzrə öhdəliklərini, düzgün şəkildə yerinə yetirdi. Ancaq əvvəlcədən razılaşdırıldığı kimi sanksiyaların qaldırılmasına cmüsbət cavab almadı. Əksinə, sabiq prezident Tramp müttəfiqləri ilə razılaşmadan boyunqaçırdı. İran mövqeyini səbirlə izah etdi və bu gün əvvəlki vəziyyəti bərpa etməyə və ya yeni razılaşmaları qəbul etməyə hazır olduğunu söylədi”.
Bəs ABŞ-ın İrana yenidən sanksiyaları tətbiq etməsinə əsas nə olub sualının cavabında politoloq bildirib ki, ABŞ İrana sanksiyaları yenidən ona görə tətbiq edib ki, İranın hiyləgər olduğu və gizli şəkildə nüvə silahı yaratmağa çalışdığı barədə ağlabatan şübhələr var idi: “Ancaq zaman göstərir ki, İran rəhbərliyi danışıqlar aparmaq və güzəştə getməyə hazırdır”.

İranın nüvə silahı əldə edəcəyi təqdirdə dünya üçün böyük təhlükəyə çevrilə biləcəyi iddiasına gəlincə V.Kozyulin qeyd edib ki, İsraildə yaşayırsansa "İran təhlükəlidir" deyə bilərsən. İran maraqlarını şiddətlə müdafiə edir, bəzən güc tətbiq etməyə hazırdır: “Nüvə silahı bir tərəfdən, İranı müəyyən təhdidlərdən qoruyacaq, necə ki, bu gün Şimali Koreyanı qoruyur. Digər tərəfdən ortada qonşu ərəb dövlətlərinin də nüvə silahlarına sahib olmaq istəkləri məsələsi var. Tramp Barak Obamanın dövründə əldə olunan ABŞ-ın İranla olan münasibətlərini məhv etdi, dağıtdı. Bayden o zaman vitse-prezident idi və bunu yaxşı bilir. Bəlkə də o indi vəziyyəti düzəldə biləcək. BƏFP-in yenilənməsi ilə bağlı danışıqlar davam edir və müəyyən irəliləyiş var”.

Politoloqa xatırlatdıq ki, terrorizmlə mübarizə adı altında Yaxın Şərqdə hərbi əməliyyatlar həyata keçirən ABŞ Səddam Hüseyni nüvə silahı yaratmaqda ittiham edərək İraqa ordu yeritdi, çevrilişə nail oldu, ölkə dağıldı. Bu planı nədən İrana qarşı həyata keçirmək barədə fikirləşmir. Kozyulinin fikir belə olub: “ABŞ-ın İraqda törətdikləri bu gün ona utancdır. Kolin Pauelin BMT-də nümayiş etdirdiyi məşhur sınaq borusunu yada salaq. Səddamın nüvə silahına malik olması ittihamının saxta olduğunu ABŞ müttəfiqləri də yaxşı bilirlər. Düzdür, İranın nüvə silahı hazırlamaq istəyi dünyanı narahat etdiyindən BƏFP imzalanıb və İrana hücumların ssenarisi də nəzərdən keçirilir. Ancaq bunun üçün tutarlı dəlil lazımdır. İsraildən başqa beləbir dəlilin olduğunu iddia edən yoxdur.

Bir də, İrana endiriləcək zərbələrin nəticələrinin gözlənilməz olduğunu da göz önünə gətirməliyik. Əks halda İran da Amerika bazalarına, ABŞ-ın bölgədəki müttəfiqlərinə zərbələr endirə, Fars Körfəzini bloklaya bilər və s. Bu zaman günah yenə də ABŞ-da olacaq”.
Kozyulin onu da vurğulayıb ki, əslində, heç bir iştirakçı ölkə ABŞ-ın BƏFP-dən çıxmasını təsdiqləməyib. İranın nüvə məsələsində ABŞ-ı yalnız İsrail dəstəkləyir: “Ancaq xatırlatmaq istəyirəm ki, ABŞ-da idarəetmə dəyişdi və Bayden İranla danışıqlara hazırdır və mübarizə aparmaq niyyətini nümayiş etdirmir. Çox güman ki, tərəflər yeni şərtlərlə razılaşacaqlar və gərginlik azalacaq. İranın nüvə proqramı MAQATE-nin nəzarəti altında olacaq, beynəlxalq müfəttişlər İranın razılaşmaları pozmadığından əmin olacaqlar”.

Kozyulin sonda ABŞ-ın hansısa ölkə ilə yenidən müharibə sevdasına düşə biləcəyini günam etməyib. Politoloq bunu ABŞ-ın Liviya, İraq və Əfqanıstandakı kampaniyasının istədiyi tərzdə sona çatmaması ilə əlaqələndirib. Bildirib ki, müharibələrin kədərli təcrübəsindən sonra ABŞ yəqin ki, yeni bir müharibəyə qarışmağa hazır deyil. Əgər ABŞ yenidən hansısa ölkəyə hərbi müdaxilə etsə bu, həm dünyada, həm də daxili ictimai qınağa səbəb olacaq.
Yeri gəlmişkən, ötən gün İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Avstriyanın Vyana şəhərində İranın nüvə proqramına dair davam edən danışıqların sona yaxınlaşdığını deyib.

O bildirib ki, bəzi həll olunmamış məsələlər hələ də qalır, lakin həllini tapan məsələlər daha çoxdur: “Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Prosesin qalan hissəsi isə heç də asan olmayacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər