Sizin Reklam Burada

"Onların bu hərəkəti Azərbaycan üçün reallığı və həqiqəti dəyişmir"

"Onların bu hərəkəti Azərbaycan üçün reallığı və həqiqəti dəyişmir"“ABŞ, Fransa və Rusiya səfirləri Azərbaycanda fəaliyyət göstərən digər diplomatik missiyalardan fərqli olaraq, Şuşaya getməyi qəbul etməyiblər. Təbii ki, hər üç ölkənin səfiri məlum qərarı ayrı-ayrılıqda deyil, birgə məsləhətləşmələrdən sonra qəbul ediblər. Tutarqalarını da ATƏT-in Minsk Qrupunun bitərəf mövqedə olması ilə əlaqələndiriblər. İndiki ilkin informasiya ehtimal ki, beləcə də rəsmi şəkildə bəyan ediləcək.

ATƏT-in Minsk Qrupunun bu hərəkət bitərəflikdirmi?”

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Fransa və Rusiya gizlətmədən, ABŞ isə üstüörtülü şəkildə illərlə Ermənistanı müdafiə edib:

“İndi nədən bitərəflik yada düşdü? Şuşanın qədim Azərbycan şəhəri olduğunu bilmirlərmi? Məgər Azərbaycan onları başqa bir ölkə ərzisinə dəvət edirdi ki, onlar bitərəflik nümayiş etdirib getməyələr? Azərbaycan onları özünün başqa bir şəhərinə dəvət edirdi. O şəhərinə ki, düz 28 il işğal altında qalıb.

Azərbaycan cəmiyyəti ATƏT-in Minsk Qrupunun belə mövqelərini çox görüb. Hamımız 1992-ci ildə əsası qoyulan, 1994-cü ildən rəsmi fəaliyyətə başlayan ATƏT-in Minsk Qrupunun heç bir vaxt konket və ədalətli mövqe sərgiləmədiyini yaxşı bilirik. Ona görə də təəccüblənmirik. Yaranışdan ədalətsiz olan bir qrupun növbəti ədalətsizliyi belə olmalıydı. Ədalətli mövqe bu ölkələrin səfirlərinin də dəvəti qəbul edib, Şuşaya getmələri və ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri olardı”.

R.Becanov qeyd edib ki, onların bu hərəkəti Azərbaycan üçün reallığı və həqiqəti dəyişmir:

“Amma bu bitərəflik pərdəsinin arxasında gizlənən başqa məqamlar var. Birinci məqam ATƏT-in "gorbagor olmuş Minsk Qrupu"nun fəaliyyətinin davam etdirməsinə cəhddir. Bununla həm münaqişənin bitmədiyinə işarə etmək niyyəti güdürlər. İkinci məqam Ermənistana və erməni lobbisinə yarınmaq və hələ də “sizinləyik” mesajıdır. Üçüncü məqam isə Azərbaycana üstüörtülü təzyiq cəhdidir.

Bu məqamlara baxmayaraq, dəyişməyən bir həqiqət var ki, o da onların dəvəti qəbul edib-etməmələrinin, Şuşaya gedib-getməmələrinin bizim üçün hər hansı reallığı dəyişməməsidir.

Bu gün Şuşa Azərbaycandır. Sabah isə Qarabağ iqtisadi rayonuna daxil edilən Xankəndi Azərbaycan olacaq. Kimsə bu həqiqəti dəyişə bilməz! ATƏT-in Minsk Qrupu, Ermənistan, onların "dəyirmanına su tökənlər" nə qədər istəsələr, bu, dəyişməyəcək həqiqətdir!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər