Sizin Reklam Burada

Hərbçilərimizin sevinc hissindən hər birimizə pay düşür - Politoloq

Hərbçilərimizin sevinc hissindən hər birimizə pay düşür - PolitoloqSilahlı Qüvvələr Günü ərəfəsində Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalaması hərbçilərimizin daim ölkə rəhbərinin, dövlətin diqqət mərkəzində olduğunu, bu prosesin sistemli, ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Politoloq bildirib ki, hərbçilərimiz və ailələrinin sevinc hissindən hər birimizə pay düşür:

“Məlum olduğu kimi, sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq.
Qeyd edim ki, iyunun 24-də 76 min nəfərdən çox hərbçimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar. Qəhrəmanlarımızı xoşbəxt görəndə biz də xoşbəxt oluruq. Bu hissləri hər kəsdən öncə, şübhəsiz ki, Ali Baş Komandan yaşayır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Vətən müharibəsindən keçən 8 aya yaxın bir zaman kəsiyində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin yüksək vətənpərvərlik hissi, daşıdıqları mənəvi dəyərlər qədər, nümunə yaratması baxımından bəlkə də daha çox dəyəri olan təvəzökarlıqlarının, şəhid analarının, atalarının, övladlarının, qardaş və bacılarının heyrət doğuran əzm və iradələrinin, qazilərimizin heç bir bədii mətnlə ifadə olunmayacaq mətinliyinin şahidi olmuşuq:

“Gözümüzün önündə bizi bundan sonra minillər boyu ayaqda saxlayacaq, bir millət, xalq olaraq mənəvi böyüklüyümüzün sərhədlərini bütün zamanların üstündən çəkəcək nümunələr yaranır. Şübhə etmirəm ki, bu əzm, bu iradə bizi zəfərdən zəfərə daşıyacaq, qarşımızdakı bütün maneələri aşmağımıza vəsilə olacaq!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər