Sizin Reklam Burada

"Tezliklə Qarabağımıza daha güclü, daha əzmli, məğrur və qururla qayıdacayıq"

"Tezliklə Qarabağımıza daha güclü, daha əzmli, məğrur və qururla qayıdacayıq"30 illik həsrətə 44 günlük müharibə nəticəsində son qoyuldu. İllərdir düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu. Qarşılaşdığımız mənzərə inanılmaz idi. Düşmən hər yeri dağıtmış, məhv etmiş, daşı- daş üstə qoymamışdı. İllərdir düşmən əlində doğma nəfəslərə həsrət qalan torpaqlarımızda erməni vandalizmi hökm sürmüş,bütün tarixi, milli abidələrimiz məhv edilmiş, talanmış,tarixi,milli sərvətlərimiz təhrif olunmuşdur. 1999-cu ildə Azıx mağarasında özbaşına qazıntılar aparılmış, əldə edilən nümunələr ermənilərə məxsus kimi qələmə verilmiş, muzeylər talanmış, Ağdam çörək muzeyi məhv edilmiş, Şuşa xalça muzeyi talanmış, Ağdam ərazisində qazıntı işləri aparılmış, məscidlər dağıdılmış, alban kilsələri sonradan yalançı erməni tarixini əks etdirən saxta daşlarla təhrif olunmuş, bununla kifayətlənməyən ermənilər bizim tariximizi saxtalaşdırmağa dırnaqarası desək, erməniləşdirməyə cəhd ediblər. Onlar Şuşada tarixi abidəlrimizi məhv etmiş, Kəlbəcərdə alban kilsələrini erməniləşdirməyə cəhd etmişlər.

Bizim xalqımız məcburi şəkildə öz torpaqlarından qovularkən evlərini sadəcə bağlayıb bir gün yenə geri dönəcəkləri ümidi ilə oranı tərk etmişdilər. Ermənilər isə hər yeri məhv etmiş, dağıtmış, tərk edərkən isə minalamışdılar. İki xalq arasında əsas fərq budur. Biz quran, yaradan, sülhməramlı, onlar isə həmişə dünya qarşısında ağlayan, fürsət düşəndə isə vəhşiləşən, hər şeyi məhv edən bir xalq olduqlarını dəfələrlə nümayış etdirblər. Düşmən nə edirsə etsin, biz tezliklə təmizlənəcək, abadlaşacaq, ağıllı şəhərlər, ağıllı kəndlər salınacaq. Bütün bunlar üçün dövlətimiz durmadan çalışır, iqtisadi əməkdaşlığı günü gündən artırır. Artıq Şuşaya çəkilən zəfər yolu yekunlaşmaq üzrədir. Füzuli hava limanı başa çatmaq üzrədir. İlk uçuşlar sentyabr ayında həyata keçiriləcək. Ağdam rayonunda tikinti quruculuq işləri durmadan davam edir.

İşğaldan azad olunmuş torpaqlara xarici dövlətlərin diplomatları, medya nümayəndələri dəfələrlə səfər etmiş, gördükləri mənzərə qarşısında dəhşətə gəlmişdilər.

İsrail, Çin, İngiltərə, Hollandiya, İran ən əsası Türkiyə Cümhuriyyəti ilə Qarabağın bərpası sahəsində bir çox müqavilələr bağlanmış, iqtisadi əməkdaşlığın inkişafı yolunda bir çox razılıqlar əldə olunmuşdur.

15 iyun 2021-ci il Milli Qurtuluş günündə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi “Şuşa bəyannaməsi”ni imzalayan zaman bu məsələyə də vurğu etmiş, tezliklə bu torpaqların əsl sahiblərinin öz yerlərə qayıdacaqlarından söz açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonunda olmuşdular. Əslində torpaqlarımız azad olduğu vaxtdan Prezidentimiz dəfələrlə Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Xocavənddə olub. Füzuli Beynəlxalq hava limanında tikinti işləri ilə tanış olub, Aşağı Köndələnçay su anbarında, Füzuli yarımstansiyasının açılışında iştirak ediblər.

Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində körpü də görülən işlərlə tanış olub. Füzuli rayonunda Rəcəb Tayyib Ərdoğanla da görüşüb, daha sonra Şuşaya yola düşüblər. Təkbətək görüşdən sonra Cıdır düzündə konsert proqramını izləyib “Xan qızı” bulağında olublar. Rəcəb Tayyib Ərdoğan “Zəfər” adlı Qarabağ atı hədiyyə olunub. Musiqi irsi və Qarabğ atları Cıdır düzündə adlı kompozisiyasını Şuşada Heydər Əliyev fondunun təşkilatçılığı ilə həyata keçirilib.

Prezidentimiz bundan əvvəl Ağdamda Zəfər muzeyi və açıq havada işğal muzeyinin yaradılması ilə bağlı layihə ilə yerindəcə tanış olmuşdu, Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdir. Bütün bunlar bir daha deməyə əsas verir ki, biz tezliklə doğma Qarabağımıza daha güclü, daha əzmli, məğrur və qururla qayıdacayıq!

Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı
tam orta məktəbin direktoru:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər