Sizin Reklam Burada

"Şuşa bəyannaməsini tarixi Qars müqaviləsi qədər əhəmiyyətlidir"

"Şuşa bəyannaməsini tarixi Qars müqaviləsi qədər əhəmiyyətlidir"Bunu "Xalq Cəbhəsi"nə “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri
Süleyman İsmayılbəyli bildirib.

O, qeyd edib ki, Ərdoğanın Qarabağ, Şuşa səfəri bir neçə parametrlər üzrə əhəmiyyətlidir, mühümdür: "Birincisi, Rəcəb Tayyib Ərdoğan son 100 ildən artıq bir müddətdə ikinci türk lideri, sərkərdəsidir ki, Qarabağa səfər edir. Keçən əsrin 20-ci illərinə yaxın dövrdə Nuru Paşa bu missiya ilə, Qarabağı erməni daşnaklarından xilas etmək üçün bu bölgəyə səfər etmişdisə, yaşadığımız günlərdə Rəcəb Tayyib Ərdoğan bu tarixi təkrarladı. Hər ikisi bölgəyə, Qarabağa sülh və təhlükəsizlik, sabitlik gətirmək üçün təşrif buyurdu.
Ərdoğanın Şuşa səfəri həm də dünyaya, beynəlxalq aləmə, Qarabağda gərginlik yaratmaq istəyənlərə bir mesaj idi ki, artıq bölgə təhlükəsizdir, burada sabitlik hökm sürür və onun qarantı da məhz Türkiyədir. Həm də tək sözdə yox, imzada da bu qaranti var. Təbii ki, imzalanan Şuşa bəyannaməsi ilə.
Şuşa bəyannaməsini tarixi Qars müqaviləsi qədər əhəmiyyətli, mühüm hesab etmək olar. Bəyannamədə ən vacib detallardan biri odur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili mümkündür. Yəni, bu maddə o anlamı verir ki, Türkiyə də Qarabağda sabitliyin zəmanətçisidir. Sabah, bir müddət sonra istər Ermənistandakı revanşist qüvvələr, istərsə də Ermənistandan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi düşünən bəzi xarici dairələr, beynəlxalq güclər Qarabağda gərginliyi artırmağa maraqlı görünsələr, o halda qarşılarında Türkiyəni görəcəklər. Daha dəqiq desək Şuşa bəyannaməsi Qarabağda təhlükəsizliyin təminatçısıdır".

QHT sədri onu da bildirib ki, Şuşa bəyannaməsi eyni zamanda 44 günlük tarixi zəfərin davamlılığının, Azərbaycanın qələbəsinin təsdiqi, onun geridönməzliyinin sübutudur. Bu həm də Ermənistan, eyni zamanda bu ölkədə revanşist qüvvələr üçün soyuq duş effektidir: "Şuşa bəyannaməsində əksini tapan digər mühüm amillərdən biri sənəddə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əks olunmasıdır. Belə ki, bəyannamədə, iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunmasi, hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsi əksini tapır.

Bütün bunların üzərinə bəyannamədə əksini tapan siyasi, iqtisadi, ticari, həmçinin mədəni-humanitar əlaqələrə dair bəndləri də əlavə etsək, deyə bilərik ki, Şuşa bəyannaməsi Ankara ilə Bakı arasında müxtəlif vektorlu əməkdaşlığı özündə əks etdirən tarixi sənəddir və bu iki qardaş ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər