Lavrovdan Qaragöl ətrafındakı sərhəd mübahisəsi ilə bağlı TƏKLİF

Lavrovdan Qaragöl ətrafındakı sərhəd mübahisəsi ilə bağlı TƏKLİFRusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

Sergey Lavrov bildirib ki, Kollektiv Təhlükəsizlik Mqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri dünən Ermənistanın Zəngəzur bölgəsindəki sərhəd mübahisəsi məsləsini müzakirə ediblər.

Nazir deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyası məsələlərinin müzakirəsində vasitəçi ola bilər.

"Dünən axşam təşkil olunan görüşdə erməni həmkarlarımızın xahişinə baxdıq. Bu xahişlə İrəvan və Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik”,- Lavrov deyib.

"Biz dövlət sərhədlərinin rəsmiləşdirilməsi ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər", - Sergey Lavrov əlavə edib.

modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər