Sizin Reklam Burada

Qalib Azərbaycanın masadakı gücü: “İrəvan Bakıya möhtacdır” - Partiya sədri

Qalib Azərbaycanın masadakı gücü: “İrəvan Bakıya möhtacdır” - Partiya sədriAzərbaycan 27 sentyabrda Qarabağı işğaldan azad etmək üçün Vətən savaşına başladı və 44 gün sonra rəsmi olaraq 28 illik işğala son qoydu.

Bununla da Dağlıq Qarabağ münaqişəsi həll olundu. Buna qədər münaqişənin həlli ilə bağlı “çalışan” beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupu və digər təşkilatlar münaqişəni “ölü nöqtə”dən tərpədə bilməməklə yanaşı, problemin həllini daha da çətinləşdirmişdi.

Eyni zamanda, BMT-nin qəbul etdiyi 4 qətnamə də icra olunmamışdı. Nəticədə Azərbaycan öz işini özü görməli oldu və Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etdi, torpaqlarımız erməni işğalından azad olundu.

Döyüşlər bitəndən sonra masa arxasında da Azərbaycan ciddi iradə ortaya qoydu. Bu gün döyüş meydanında olduğu kimi, Azərbaycan masa arxasında da güclüdür. Döyüş meydanında qazanılmış qələbə düşməni məcbur etdi ki, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktı, təslimçilik sənədidir.

Azərbaycanda ayrıca Dağlıq Qarabağ vahidi yoxdur, münaqişə həllini tapıb. Bundan sonra isə Ermənistanın üzərinə düşən məsələ 10 noyabr (2020) və 11 yanvar (2021) razılaşmalarında üzərinə götürdüyü öhdəlikləri birmənalı şəkildə icra etməkdir. Azərbaycanın 44 gündə apardığı beşinci nəsil müharibəni birbaşa görən Ermənistan üçün başqa çıxış yolu da qalmır.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan bu gün bütün sahələrdə meydanda tək qalıb. Rusiyaya “xəyanət edib” Qərbə üz tutan, onun “ətəyindən yapışan” işğalçı ölkəyə indi Avropa da yaxın durmur:

“Çünki Azərbaycan bu ölkəni qarşısında diz çökdürdü, rəzil etdi. Dünya Ermənistanın rəzil durumuna acıyır, amma yaxın durmur. Artıq 44 günlük müharibədə Azərbaycanın Ermənistan və onu himayə edənlər üzərində qazandığı qələbə dünyanın ermənipərəst ölkələrini hələ də şokda saxlayıb. Bu gün Ermənistan yalnız Azərbaycandan asılı vəziyyətdədir, Bakıya möhtacdır. Bunu ermənilər də, Rusiya da, Qərb də yaxşı anlayır. Bu gün Ermənistanda daxili ziddiyyətlər fonunda rəsmi Bakıya qarşı təhdidlər növbədənkənar parlament seçkilərinə hesablanan təbliğat vasitəsidir. Artıq karvan keçib, itlər isə hələ hürməkdədir. Bu təhdidlər qalib Azərbaycana heç bir təsir göstərməyəcək. Azərbaycan nəyə qadir olduğunu dünyaya sübut etdi, 44 gündə əldə etdiyi qələbə ilə münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü iddia edən və 30 il ermənipərəst mövqe nümayiş etdirən qüvvələrə ağır və sarsıdıcı zərbə vurdu. Ermənistanın ipi tarixən başqa ölkələrin əlində olub. Hara çəkiblər ora gedib”.

Partiya sədri əlavə edib ki, Ermənistanın bugünkü revanişt açıqlamaları da sifarişdir:

“Azərbaycanı heç bir qüvvə qorxuda, rəsmi Bakı ilə təhdid dilində danışa bilməz. İnanmıram ki, bundan sonra Ermənistan bir daha işğalçılıq fikrinə düşə və məkrli niyyətini həyata keçirə. Ölkə rəzil durumdadır, iqtisadiyyat, həyat çöküb, əhali ölkəni tərk edir, aclıq, səfalət içindədir. Xaricdəki diaspor təşkilatları da daha yardım göstərmir. Ermənistana bu vaxtadək rəhbərlik edən şəxslər separatçılar, terrorçular, həbsxanada yatanlar olublar. İndi Ermənistana normal bir şəxs rəhbərlik etməlidir ki, ölkəsini ağılla, təfəkkürlə, normal düşüncə ilə bataqlıqdan çıxara bilsin. Ermənistan qonşu ölkələrə ərazi iddiasından əl çəkməli, qonşularla münasibətini normallaşdırmalı, işğalçılıq, terror siyasətinə son verməli, müstəqil olmalı, başqa ölkələrin quluna çevrilməməli, asılı vəziyyətə düşməməlidir. Nə qədər ki, işğalçı bu çevrənin içindədir, ölkə tamamilə məhv olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər