Sizin Reklam Burada

İrandan Qarabağa hansı yük daşınır? - Video

İrandan Qarabağa hansı yük daşınır? - Videoİranın Ermənistan üzərindən Qarabağa “yardım” göndərməsi haqda yayılan görüntülər təəccüblü deyil. İşğal dövründə Xankəndidəki separatçılarla geniş biznes əlaqələri quran, Qarabağı “pulların yuyulması” mərkəzinə çevirən ölkədən bəhs edirik.

Burada əsas məqam yüklərin nədən ibarət olmasıdır.

Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı. İstisna deyil ki, İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yükdür, yaxud həmin zirehli gödəkçələr bu “yardım”ın arasına “qarışıb”. O da istisna deyil ki, iki TIR dolusu zirehli gödəkçə Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün nəzərdə tutulur.

Tovuz döyüşlərində və sonrasında Rusiyadan Ermənistana daşınan hərbi yüklər Gürcüstan icazə vermədiyi üçün İran üzərindən aparılırdı. Görünür, eyni təcrübədən yenidən yararlanırlar.

İran “yardım” adı altında Qarabağa girişi ilə onu işğaldan azad olunmuş ərazilərin bərpasına haqlı olaraq yaxın buraxmaq istməyən Bakıya da mesaj verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər