Sizin Reklam Burada

Bayden bu gün “soyqırım"ı tanıya bilər: Nə dəyişəcək?

Bayden bu gün “soyqırım"ı tanıya bilər: Nə dəyişəcək?ABŞ Prezidenti Co Baydenin bu gün 1915-ci il hadisələri haqda “soyqırım” ifadəsini işlətsə də, işlətməsə də, bunun bir mahiyyəti yoxdur. Bu gün “erməni soyqırımı”nı Fransa, Almaniya, Rusiya, Belçika və s. ölkələr tanıyır. Yaxın keçmişi soyqırım aktları ilə zəngin olan ölkələrin olmayan bir hadisəni “soyqırım” kimi tanımasının bizim nəzərimizdə zərrəcə əhəmiyyəti olmamalıdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Bayden nəzərə almalıdır ki, bu gün dünyanın ən güclü ölkəsi sayılan ABŞ 19-cu əsrdə milyonlarca hinduya qarşı sözün əsl mənasında soyqırım aktı həyata keçirib:

“Diqqət etsəniz, bu gün “erməni soyqırım”ını tanıyan, ya da tanımaq istəyən ölkələrin əksəriyyəti yaxın keçmişdə bir və ya daha çox soyqırım aktına imza atıb. Fransa, Almaniya, Rusiya, Hollandiya, Belçika və s. Əgər Co Bayden aprelin 24-də 1915-ci il hadisələrini ilə bağlı müraciətində “soyqırım” ifadəsini işlətsə, rəsmi Vaşinqton da qeyd etdiyim ölkələrin siyahısına daxil olacaq.

Qərb ölkələrinin əksəriyyəti dünyanın müxtəlif regionlarında fərqli xalqlara qarşı amansız soyqırımlar edib. Lakin ABŞ bu ölkələrdən deyil. ABŞ Qərb ölkələrinin Şimali Amerikada bu qitənin əsl xalqları olan hindulara qarşı etdiyi soyqırımlar üzərində qurulmuş bir ölkədir. Əmin olun ki, Şimali Amerikada ABŞ-ın yerli hindulara qarşı etiyindən dəhşətli bir soyqırım olmayıb. ABŞ müstəqiliyini qazandığı illərdə Şimali Amerikada ən azı 100 milyona yaxın fərqli adlarda hindu xalqı yaşayırdı. Bu gün isə sayları heç 1 milyona yaxın deyil. Hindular bu gün ABŞ-da ən azsaylı xalq sayılır.

Mənə elə gəlir ki, dünyada ölkələrin soyqırım indeksi hazırlansa, bu siyahıda ABŞ şübhəsiz birinci yerdə olardı. Nəticə etibarilə Co Bayden sələflərindən fərqli olaraq, bugünkü müraciətində “soyqırım” ifadəsini işlətsə, bu, rəsmi Ankaraya və onun əsl dost müttəfiqlərinə də hindu soyqrımını tanımağa imkan verəcək”.

Poitoloqun sözlərinə görə, kaş həqiqətən türklər ermənilərə qarşı soyqırım edərdi:

“Məsələ ondadır ki, “erməni soyqırım”ı deyə bir şey yoxdur. Baxın, bunu türk tarixçilər birmənalı olaraq deyir və ermənilərə də təklif edir ki, gəlin arxivləri açaq, həqiqəti dünya ictimaiyyəti də bilsin. Rəsmi İrəvan bu günə qədər bu təklifə cavab verməyib. Bir halda ki türklər ermənilərə soyqırım edib, onda onların belə bir təklif etməsi nə dərəcədə məntiqlidir?

Digər tərəfdən, türklər ermənilərə niyə soyqırım etsin axı? Osmanlı mənbələrində ermənilərdən əksər hallarda müsbət bəhs edilir. O qədər ki, 19-cu əsrdə bu xalq Osmanlıda “milləti sadıka”, yəni “sadiq millət” adlanırdı. Osmanlıya onlarla paşa, dövlət xadimi verən bir xalqı Osmanlı “sadiq millət” adlandırıb, sonra da soyqırım etməsi heç bir halda məntiqə sığmır.

Bəli, Osmanlı erməniləri sürgün etdirib. Bunun əsas səbəbkarı da yenə ermənilərdir. Fransız inqilabından sonra Avropada yayılan milliyyətçilik hərəkatı Osmanlıdan da yan keçmədi. Yunanlar, serblər, bolqarlar, rumınların ardınca ermənilər də özləri üçün milli dövlət istəməyə başladı. Qeyd etdiyim xalqarın əksinə, ermənilər Anadoluda, özü də pərakəndə formada digər xalqlarla birlikdə yaşayırdı. Misal üçün Klikya bölgəsində ərəblər kürdlərlə, Şərqi Anadoluda türklər, kürdlər, hətta Azərbaycan türkləri ilə birlikdə yaşayırdılar. Yəni bu coğrafiyalarda onlara heç bir muxtariyyət, ya da dövlət vermək mümkün deyildi.

Ermənilərin Anadoluda üsyanları, türk kəndlərinə hücumları Osmanlını cavab tədbirləri almağa vadar etdi. Üsyanlarda iştirak edən, 2 milyona yaxın türkü qətlə yetirən ermənilər Yaxın Şərqə sürgün edildi. Onu da qeyd edim ki, ermənilərin sürgün edildiyi ərazilər yenə Osmanlı üçün önəmli sayılacaq Beyrut, Qüds, Bağdad, Bəsrə və s. ərazilər idi. Bütün bu reallıqlar fonunda sual yaranır. Bu gün “erməni soyqırımı”nı tanıyan və tanımaq istəyən ölkələr özləri bu hallarla üzləşsə, nə edərdi?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər