Sizin Reklam Burada

Gürcüstan Azərbaycana XƏYANƏT ETDİ

Gürcüstan Azərbaycana XƏYANƏT ETDİFazil Mustafa,
Milli Məclisin deputatı

Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlər”in qaytarılması formatında erməni deputatlar tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə etmişlər. Burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Buna bir həftə öncə Gürcüstan prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməmişdir.

Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək, heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur.

İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq?

Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin.

Bir sözlə, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞ PA-daki təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz “dəmir yumruq”u işğalçı, faşist erməni başına endirərək, onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bəd niyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim “dəmir yumruq”umuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər