Sizin Reklam Burada

Milli Məclisin bitərəf deputatları TOPLAŞIR

Milli Məclisin bitərəf deputatları TOPLAŞIRMilli Məclisin bitərəf deputatları Mərkəzi Seçki Komissiyasına (MSK) öz namizədlərini təqdim edəcəklər.

Məlumata görə parlamentdə təmsil olunan 45 müstəqil deputat bu gün MSK-ya göndəriləcək namizədləri müəyyənləşdirmək üçün bir araya gələcəklər.

Məlumata görə, MSK-nın tərkibi yenidən formalaşdırılacaq. Dünəndən başlayaraq parlamentdə təmsil olunan çoxluq (Yeni Azərbaycan Partiyası), azlıqda olan partiyalar və bitərəflərdən namizədlərini müəyyənləşdirərək təqdim etmələri istənilib.

MSK üzvlüyünə namizədlərlə bağlı məsələnin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. Lakin son seçkilərdən sonra MSK-nın tərkibi yenilənməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər