Sizin Reklam Burada

"Rəsmi Bakı siyasi müdriklik və diplomatik çeviklik nümayiş etdirir"

"Rəsmi Bakı siyasi müdriklik və diplomatik çeviklik nümayiş etdirir"ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı son bəyanat hər nə qədər mənasız və məzmunsuz olsa da, amma gözlənilən idi. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında həmsədrlərin ünvanına səsləndirdiyi haqlı tənqidlərdən sonra necə deyərlər, qış yuxusundan ayıldılar və hərəkətə keçdilər. Lakin hərəkətə keçməkləri isə özünü günün normal saatlarında yox, gecə vaxtı tələm-tələsik bəyanat yaymaqları ilə göstərdi.

Belə ki, Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etməklə Dağlıq Qarabağ münaqişəsini çözməsindən və 10 noyabr Bəyanatından irəli gələrək Rusiya-Türkiyə formatının ortaya çıxmasından sonra faktiki olaraq işsiz qalan, autsayder vəziyyətinə düşən həmsədrlərin bu bəyanatı əslində "mən də varam" (və yaxud, "biz də varıq") ismarıcından başqa bir şey deyil. Və bu ismarıc həm acizanə ismarıcdır, həm də eyni zamanda müəyyən hiyləgər planlardan xəbər verir.

Məlum məsələdir ki, ABŞ və Fransanın timsalında Qərb yenidən prosesə qayıtmaq istəyir. Qərb Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarda buraxılması ilə heç cürə razılaşa bilmir. Ancaq bu da bir gerçəklikdir ki, hazırda Minsk Qrupunun indiki formatda regionda görə biləcəyi elə də mühüm bir iş qalmayıb. Düzdür, Türkiyə ilə birlikdə yeni formatda iştirak edən və 10 noyabr üçtərəfli razılaşmasının yerinə yetirilməsi prosesində vasitəçilik rolunu daşıyan Rusiya hansısa məqamda Azərbaycanı güzəştlərə məcbur etmək və ya Türkiyəni neytrallaşdırmaq üçün Minsk Qrupu həmsədrləri formatının yenidən tam gücüylə canlandırılmasına təşəbbüs göstərə bilər. Elə sözügedən sonuncu bəyanatı imzalayanların arasında rusiyalı həmsədr İqor Popovun da imzasının olması onu göstərir ki, 5 ay öncəki situasiyadan fərqli olaraq hazırda Rusiya Minsk Qrupu həmsədrlərinin "offsayd"da qalmasında yox, yenidən fəallaşmasında maraqlıdır. Lakin həmsədrlər fəallaşıb da nə edəcəklər, hansı işi görə biləcəklər, bax, bu suala hələlik onların özləri də düz-əməlli, qane edici bir cavab tapa bilmirlər.

Əlbəttə, həmsədrlərin postmünaqişə dönəmində hansısa humanitar missiyalarda iştirak etmələri mümkündür. Məsələn, tutaq ki, həmsədrlər məcburi köçkünlərin öz evlərinə qayıtması, işğalçı ölkənin Azərbaycana təzminat ödəməsi, müharibə canilərinin məhkəmə qarşısına çıxarılması kimi məsələlərdə aktivlik göstərə bilərlər. Amma bütün bu kimi təklif və ideyalar öncə rəsmi Bakıya təqdim edilməli, hər bir detal Azərbaycanın dövlət başçısı ilə razılaşdırılmalıdır.

Eyni zamanda Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən Minsk Qrupu ilə bağlı verdiyi tövsiyyəni həmsədrlər özləri üçün "yol xəritəsi" hesab edərək yeni və tutarlı təkliflərlə, ideyalarla çıxış etməlidirlər. Hesab edirəm ki, İlham Əliyevin həmin açıqlamasını həm həmsədrlərin özlərinə, həm də onların təmsil etdikləri ölkələrin liderlərinə xatırlatmaqda fayda var. Azərbaycan Prezidenti bildirib: "Bizim xarici işlər naziri mənə bu gün məruzə etdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı mənim dünənki şərhimdən sonra həmin qrup bəyanat verib. Təbii ki, mən o bəyanatla tanış olacağam. Lakin necə deyərlər, ümidvaram ki, Minsk şəhəri ilə bağlı bütün başqa formatlar sülh yolu ilə nizamlanacaq. Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır... Mən Aleksandr Qriqoryeviçə onu da dedim ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb. Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik".

Gördüyümüz kimi İlham Əliyev Minsk Qrupunun bu günkü durumu və gələcək taleyi ilə bağlı mövqeyini tam açıq şəkildə ifadə edib. Yəni ki, rəsmi Bakı istəsə bu mövzunu qapada bilər, həmsədrlərin vasitəçilik missiyasından ümumiyyətlə, tamamilə imtina da edə bilər. Lakin rəsmi Bakı siyasi müdriklik və diplomatik çeviklik nümayiş etdirir. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonra yaranmış yeni vəziyyətdə, yeni reallıqlarda nə kimi işlər görə biləcəkləri barədə düşünməyə və müzakirələrə dəvət edir. Yəni ki, bununla Azərbaycan olaraq bir daha müzakirələrə açıq olduğumuzu, sülhün bərqərar olmasına xidmət edə biləcək hər bir faydalı təklifi dəyərləndirməyə hazır olduğumuzu hər kəsə nümayiş etdirdik.

İndi baxaq görək bizim bu xoşgörülü davranışımızın qarşılığında həmsədrlər qərəzsiz davranmağı, "ikili standart"lardan əl çəkməyi və az da olsa hansısa faydalı, rasional təkliflərlə çıxış etməyi bacaracaqlarmı? Hərçənd ki, Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi ümid üçün zərrə qədər yer qoymasa da belə, lakin biz onlara son dəfə şans verməklə gələcək geosiyasi və diplomatik proseslərdə özümüz üçün əlavə manevr imkanları yaratmış olacayıq.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər