Sizin Reklam Burada

Çexiya şirkətləri Qarabağda bərpa prosesinə maraq göstərirlər

Çexiya şirkətləri Qarabağda bərpa prosesinə maraq göstərirlərAzərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fevralın 25-də keçirilmiş görüşündə qərara gəlmişdik ki, növbəti toplantımızda daha geniş tərkiblə iştirak edək və potensial iqtisadi münasibətlərimizi müzakirə edək. #Çexiya şirkətləri işğaldan azad olunmuş #Azərbaycan ərazilərinin bərpası prosesinə maraq göstərirlər və bu səbəbdən, həmkarlarımızla əsas müzakirə obyektimiz məhz bu məsələ oldu.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev sosial səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, Çexiyadan olan parlamentarilərin diqqətinə çatdırdıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin quruculuq və bərpa konsepsiyasına görə, Qarabağda ən müasir texnoloji nailiyyətlər və şəhər, kəndsalma prinsiplərindən istifadə olunmalıdır. Bölgə bütövlükdə “Yaşıl ərazi” elan olunub və burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yaşayış məntəqələri salınacaq. Elektrik enerjisinin külək, su və günəş enerjisindən əldə olunması üçün müvafiq texnologiyalar quraşdırılacaq. Bölgənin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Bu baxımdan, kənd təsərrüfatı sahəsində, xüsusilə müasir texnoloji nailiyyətlərin tətbiq olunması ilə geniş əməkdaşlıq imkanları mövcuddur:

"Qarabağın turizm potensialı zəngindir. Həm təbiəti, həm tarixi, həm tarixi abidələri bölgənin turizm cəlbediciliyini artırır. Qarabağ zəngin təbii sərvətlərə malikdir və bu istiqamətdə müalicəvi mineral suları qeyd etməliyik. Hələ keçmiş SSRİ illərində burada bütün ölkədə məşhur olan müalicəvi sanatoriyalar fəaliyyət göstəriblər. Təəssüf ki, Ermənistanın işğalı dövründə bu tibb ocaqları tamamilə dağıdılmış, talan edilmişdir. Biz bu vandalizmin fəsadlarını aradan qaldırmaq və Qarabağın müalicəvi potensialını yenidən bərpa etmək niyyətindəyik".

Çexiya tərəfindən qrup rəhbəri Zdenek Ondraçek bildirdi ki, ölkəsini təmsil edən şirkətlər Qarabağın bərpası layihələrinə maraq göstərirlər. Bu səbəbdən, çalışır ki, həmin şirkətlərin Azərbaycana səfərini təşkil etsin. Artıq həmin şirkətlər Azərbaycan tərəfindən bərpa ediləcək sahələr barədə ətraflı məlumatlar alıblar:

"Görüşdə 44 günlük Vətən müharibəsi və nəticələri barədə də çexiyalı həmkarlarımıza məlumat verdik. Ermənistanın kapitulyasiyasını əks etdirən 10 noyabr bəyanatının imzalanmasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu səbəbdən müharibənin bitməsinə və sülh rejiminin bərqərar olmasına baxmayaraq, azad edilmiş ərazilərdə indiyədək onlarla hərbi və mülki şəxs həlak olmuş və ya yaralanmışdır. Aydındır ki, bu, hərbi cinayətdir və beynəlxalq birlik bu problemə öz kəskin münasibətini bildirməlidir. Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə də hər hansı bir məlumat verməkdən boyun qaçırır. Hesab edirik ki, aramızda olan dostluq münasibətləri, Çexiya dövlətinin beynəlxalq humanitar hüquq və prinsiplərinə sadiqliyi baxımından, bu problemlərin Çexiya qanunverici orqanında müzakirəyə çıxarılması bu hüquq və prinsiplərə, habelə aramızda olan dostluq münasibətlərinin ruhuna hörmət və ehtiramın daha bir göstəricisi ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər