Sizin Reklam Burada

Rusiya Bakıya “günah keçisini” “göstərir”

Rusiya Bakıya “günah keçisini” “göstərir”Faktiki olaraq Moskva ya özü 44 günlük müharibə zamanı Azərbaycana qarşı İsgəndər-M raketlərindən istifadə edib, ya da Ermənistana müharibədə tətbiq etməsi üçün razılıq verib. Hər iki halda bunun məsuliyyətini Rusiya daşıyır.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, ANAMA-nın Şuşa şəhərində İsgəndər-M raketinin qalıqlarının aşkarlanması çox ciddi faktdır:

“Azərbaycan təbii ki, Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqlarını dəlillər və sübutlarla birlikdə açıq-aşkar dünya ictimaiyyətinə təqdim etdi. İndiki halda rəsmi Bakı Moskvadan cavab gözləyir.

Düşünürəm, Rusiya Bakının suallarına cavab verə bilməyəcək. Rusiyanın özünü təmizə çıxarmaq cəhdlərindən də biz bunu görə bilirik. Moskva fərqli ssenarilər ortaya atdı. İddia edildi ki, müharibədə “İsgəndər”dən istifadə edilməyib. ANAMA-nın ortaya qoyduğu faktdan sonra isə raketlərin erməni oliqarxlar tərəfindən Rusiyanın Cənub Hərbi Dairəsindən qeyri-leqal yollarla əldə edilərək, Ermənistana ötürüldüyü ehtimalı dövriyyəyə buraxılıb.

Əlbəttə ki, bunların heç biri real deyil. Rusiya kimi bir ölkə hərbi arsenalında nüvə bombasından sonra ən böyük silahına sahib çıxa bilmirsə, bu, birbaşa Kremlin nüfuzuna böyük zərbə deməkdir.

Ötən gün Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin yayılmasının əsas məqsədi də günahı erməni lobbisinin üzərinə yıxmaqdır. Bildiyiniz kimi, Qərbdə erməni lobbisi həm maliyyə, həm də siyasi baxımdan güclüdür. Rəsmi Moskva belə xəbərlər tirajlayaraq əslində göstərmək istəyir ki, erməni lobbisi İsgəndər-M raketlərini Ermənistana göndərə bilər. Yəni biz Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını aldıq. Ola bilər ki, İsgəndər-M-lər də bu yolla Ermənistana göndərilir.

Ancaq bu, bəsit oyunlardır və bununla kimsəni inandırmaq olmaz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər