Sizin Reklam Burada

"Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoyub"

"Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoyub"Sadiq Qurbanov
Milli Məclisin komitə sədri

Heydər Əliyev : “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.

Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Mədəniyyət insanın həyat fəaliyyətinin nəticəsi olaraq savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi kefiyyətlərlə sıx bağlıdır. Eyni zamanda mədəniyyət həyatı dərk etmək baxımından insanların həyat fəaliyyətinın müxtəlifliyini, xalqların tarixi yaddaşını özündə ehtiva edir. Geniş mənada düşünsək, insan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir parçası olduğunu dərk edir. Mədəniyyət insanın özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur. Mədəniyyət insan tərəfindən yaradılır və öyrənilir, çünki, o gen yolu ilə keçmir, hər bir nəsil onu yenidən yaradır və gələcək nəsilə ötürür.

Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiət" adını vermişdir. Mədəniyyət təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır.
Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir.

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı isə xalqdır. Milli mənəvi dəyərlər hər bir millətin tarix boyu əldə etdyi nailliytləridir. Yeni dünyaya gəlmiş hər hansı br insan hələ beşikdə ikən eşitdiyi laylalar ilə ana dilinin təsiri altında qalır. Buna görədir ki, ən sevdiyimiz dil ana dilimizdir. Ruhumuzu təşkil edən bütün dini-əxlaqi, bədii-estetik duyğularımızı da bu dil vasitəsilə anlamışıq. Əslində ruhumuzun sosial duyğuları dinə, əxlaq və estetikaya, ədəbiyyata aid duyğulardan ibarətdir. İnsan ən səmimi, ən dərin duyğularını ilk tərbiyə zamanı alır. Hər bir normal insan hansı millətin tərbiyəsini alıbsa, ancaq onun idealı uğründa çalışa bilər. Böyük İskəndər “Mənim gerçək atam Filipp deyil, Aristoteldir. Çünki birinci maddiliyimin – maddi quruluşumun, ikinci mənəviyyatımın – mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur” – deyirdi.

Bu baxımdan mədəniyyətimizin inkişafı mənəvi dəyərlərimizin inkişafından asılıdır. Mənəvi dəyərlər xalqı ruhən yaşadan, ona ideya, istiqamət, stimul verən bir dəyərdir. Bu dəyər hətta içtimai hadisələrə səbəb ola biləcək qüvvəyə malikdir. Mədəniyyətimizin inkişafında siyasi mədəniyyətin də özünə məxsus yeri var. Siyasi mədəniyyət cəmiyyətin tarix boyu qazandığı mənəvi dəyərlərinin siyasi həyatda da davamlı olmasında, davranış normalarına çevrilməsində mühüm amil olmalıdır. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.

Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər. Siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa təkcə mühüm siyasi, sosial və digər problemləri həll etmək vərdişləri və bacarıqları deyil, həm də siyasi mübarizə təcrübəsi, məğlubiyyətlər və qələbələr, eyni zamanda xalqın sıx birləşməsi və mütərəqqi dəyişiklikləri həyata keçirmək üçün səmərəli üsullar daxildir. Danılmaz faktdır ki, siyasi mədəniyyətin meydana gəlməsi və inkişafında tərbiyənin böyük rolu vardır.

Tərbiyə işinin təşkili və onun istiqamətindən asılı olaraq siyasi mədəniyyət öz mahiyyətinə görə müxtəlif cür ola bilər. Tərbiyə işi isə ilk növbədə ailədən başlayır və onun miqyası getdikcə genişlənərək məktəblərdə, əmək kollektivlərində, sosial qruplarda, daha geniş miqyas alır və nəhayət dövlət və cəmiyyət səviyyəsinə yüksəlir, tamamlanır. Beləliklə də siyasi tərbiyə bu mərhələlərdən keçərək formalaşır. Hər bir insanın siyasi həyatda iştirakı, onun bu sahədə fəallığı həmin şəxsin siyasi mədəniyyətinin göstəricisidir. Siyasi mədəniyyət cəmiyyətin hər bir üzvünün çox mühüm əlaməti, şəxsiyyətin keyfiyyət göstəricisi olub, onun həyat tərzinin bütün tərəflərini, bütün cəhətlərini əhatə edir.

Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoymuşdur ki, bu da öz növbəsində həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin mühüm əlamətlərindən biridir. Bu gün ölkəmizdə siyasi sistem və vətəndaş cəmiyyəti özündə yetkin siyasi mədəniyyəti əks etdirir ki, bu da siyasi mədəniyyətin yeni nümunələrini yaradır.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin ölkədə apargığı düzgün siyasətin və islahatların, o cümlədən yaratdığı yeni siyasi mədəniyyət nəticəsi olaraq Azərbaycanın müxalif siyasi partiyaları ümummilli məsələlərdə ortaq mövqedən çıxış edirlər. Xüsusilə də 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi partiyaları birmənalı olaraq ümummilli mövqedə dayandılar və dövlətin siyasətini müdafiə etdilər, birgə bəyanatla çıxış etdilər. Amma təəssüf ki, bu yeni siyasi mədəniyyətə qoşulmayan, bir neçə marjinal siyasi qruplaşma da var ki, onların fəaliyyəti dövlətə, millətə xidmət ilə deyil, sadəcə şəxsi maraqlar üstündə qurulub.

Öz xalqına, millətinə, dövlətinə xidmət etmək əvəzinə başqalarının maşası olmağa çalışırlar. Düşünürəm hələ də gec deyil, bu günə qədər etdiklərinə görə xalqdan üzr istəyib doğru yola dönə bilərlər. Belə bir deyim var- “ Günahı günahla yumazlar, tövbə edərlər”. Tövbə qapısı isə həmişə açıq olur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər