Sizin Reklam Burada

İrəvanda panika: Qarabağda yeni müharibə başlayır?

İrəvanda panika: Qarabağda yeni müharibə başlayır?Ermənistanda son günlər Qarabağda yeni müharibə olacağı barədə ciddi təşvişlə müşahidə olunan müzakirələr gedir.

Avrasiya.net xəbər verir ki, yazın gəlişi ilə Azərbaycanın bəzi güzəştlərdən imtina edəcəyi, xüsusilə Qarabağda qalan erməni ordusunun tör-töküntüləri və terrorçulara qarşı əməliyyat keçirəcəyi iddia edilir.

Siyasi şərhçi Asif Nərimanlı Ermənistandakı bu iddiaların 3 səbəblə izah edildiyini açıqlayıb: Azərbaycan İsraildən 2 milyard dollar məbləğində silah alınması ilə bağlı müqavilə imzalayıb; Azərbaycan Ordusu 10 min canlı qüvvə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-ların iştirakı ilə anti-terror təlimləri keçirəcək (15-18 mart); Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq cəhdləri haqda “onları buna məcbur edəcəyik” deyib.

Bu gün isə keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbərinin sabiq “müşaviri” Tiqran Abramyan erməniləri "sakitləşdirən" açıqlama yayıb. O iddia edib ki, yaxın perspektivdə Qarabağda hərbi əməliyyatlar istisnadır, orta perspektivdə az ehtimal var, uzaq perspektivdə isə mümkündür.

T.Abramyan yaxın müddətdə hərbi əməliyyatların yenilənməsini rus sülhməramlılarına görə istisna edib. O bildirib ki, Rusiya yeni hərbi toqquşmaya imkan verməyəcək.

Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında erməni silahlılarının “postlarda” qulluq keçdiyinə dair videolar paylaşılır. Bu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir. Bəyanata görə, erməni silahlı birlikləri Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməlidir.

Erməni ordusunun 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisini tərk etməyən əsgərlərini Azərbaycan terrorçular olaraq tanıyır. Buna görə də Ermənistanda Azərbaycan Ordusu və DTX-nin antiterror əməliyyatı keçirə biləcəyi və bunun aprelə qədər mümkünlüyü haqda ciddi iddialar səsləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər