Sizin Reklam Burada

"Düşmənimiz dəmir yumruğu daim hiss etməlidir"

"Düşmənimiz dəmir yumruğu daim hiss etməlidir"Sadiq QURBANOV
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Dünyaya özünü məzlum xalq kimi təqdim edən ermənilərin Azərbaycan türklərinə qarşı bir əsrdə bir neçə dəfə törətdikləri soyqırım cinayətləri ağlasığmaz vəhşiliklərlə müşayiət olunmuşdur. Bu cinayətlər içərisində miqyasına və nəticələrinə görə ən dəhşətlilərindən biri Xocalıda dinc və günahsiz insanların kütləvi qətli olmuşdur.

Xocalı soyqırımı nəticəsində rəsmi məlumatlara görə 613 nəfər xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilib. Soyqırıma məruz qalmış şəxslər aşağıdakı kimi qruplaşdırılmışdır:

- 106 nəfər qadın;

- 70 nəfər ahıl;

- 63 nəfər azyaşlı uşaq;

- 1000 nəfər - aldığı güllə yarasından əlil olmuş müxtəlif yaşlı dinc sakin;

- 8 ailə tamamilə məhv edilib;

- 25 nəfər - hər iki valideynini itirmiş uşaqlar;

- 130 nəfər - valideynlərdən birini itirmiş uşaqlar;

- 1275 nəfər - girov götürülən şəxslər.

Ən dəhşətlisi odur ki, bu amansızlığın, vəhşiliyin təşkilatçıları erməni xalqının liderləri sırasında olanlardır və onlar bununla fəxr etdiklərini dilə gətirirlər. Onlardan biri Ermənistanın keçmiş prezidenti, hazırki müxalifət liderlərindən olan Serj Sarkisyandır. O, soyqırım törətməsini nəinki danır, hətta bu cinayəti törətməklə fəxr edir.

İkinci Dünya Müharibəsindən sonra Beynəlxalq hümanitar hüququn xüsusi bir sahəsi kimi müharibə qanunlarının təsbit olunması və müharibə zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı “Cenevrə Konvensiyaları və əlavə Protokollar” qəbul edildi. Sivil dünyanın məqsədi müharibə zamanı mülki əhalini qorumaq idi. Dünyanın əksər ölkələri bu Konvensiyaya qoşuldu. Beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə görə, müharibə zamanı mülki əhalinin təhlükəsizliyi bütün dünya tərəfindən birmənalı qəbul edildi. Lakin insanlıq düşməni olan erməni faşizmi sözdə buna tərəfdar çıxsa da, əməldə tamamilə başqa mövqe sərgilədi. Xocalı soyqırımı zamanı mülki əhalinin öldürülməsinə britaniyalı jurnalist Tomas de Vaalın "Xocalı soyqırımı haqqında nə düşünürsünüz" sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. Bəli, soyqırımı törədən bu xəstə zehniyyətdən bundan artıq nə isə gözləmək düz olmazdı. Bu zehniyyət 44 günlük cəzalandırma əməliyyatından sonra dəyişibmi? Əlbəttə, buna inanmaq sadəlövlük olardı. Soyqırım zehniyyəti hazırda N.Paşinyanın biabırçı məğlubiyyətindən ruhlanaraq, yenidən hakimiyyətə qayıtmaq istəyir.

Daha bir erməni ideoloqu, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Sitatın sonuna diqqət edin, "bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq"...

Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır. Heydər Əliyev Fondunun Birinici vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” strategiyası da uğurla davam olunmalı və bütün dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən ötən otuz ilə yaxın vaxt ərzində, biz, ilk dəfə bu faciəni qalib xalq kimi anırıq. Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, onun Ali Baş Komandanı İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəni şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır", - Prezident İlham Əliyevin dünən dilə gətirdiyi bu sözlər, erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir.

Biz güclü olmalıyıq, düşmənimiz dəmir yumruğu daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər