Sizin Reklam Burada

Rusiya Qarabağdakı son vəziyyətlə bağlı məlumat YAYDI

Rusiya Qarabağdakı son vəziyyətlə bağlı məlumat YAYDIRusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.

Məlumatda vurğulanıb ki, rus sülhməramlıları insanların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.

Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 52 700 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb.

Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işləri davam etdirilir. Gün ərzində 13 hektar ərazi, 4 km yol, 15 tikili təmizlənib, 43 partlayıcı aşkar olunaraq məhv edilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rus sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin altı avtomobil karvanının təhlükəsiz keçidini təmin edib. Onlardan dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, eyni zamanda Şuşa-Qırmızı bazar-Qacar kəndi marşrutu boyunca və biri əks istiqamətdə müşayiət edilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əlaqə saxlanılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər