Əlcəzair mediası qələbəmizdən və erməni terrorundan yazdı

Əlcəzair mediası qələbəmizdən və erməni terrorundan yazdıTanınmış jurnalist Cavid Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı növbəti yazısı Əlcəzairin aparıcı https://alharir.info saytında dərc olunub.

Xatırladaq ki, C.Şahverdiyevin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazıları İordaniya, İraq, Misir, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Moldova, İtaliyanın aparıcı media orqanlarında dərc olunub.

C.Şahverdiyev əvvəlcə Azərbaycanın Ermənistanın işğalşı ordusu üzərində qələbəsindən bəhs edib.

Sonra vurğulayıb ki, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib. İşğal altında saxlanılan rayonlarımızda qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.

Yazıda qeyd olunub ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.

Məqalənin ərəb dilində geniş variantı aşağıdakı linkdə:
https://alharir.info/%D8%A3%D8%B1%D9%85%D9%8A%D9%86%D9%8A%D8%A7-%D8%B3%D8%AA%D8%AD%D8%A7%D8%B3%D9%8E%D8%A8-%D8%B9%D9%84%D9%89-%D8%AC%D8%B1%D8%A7%D8%A6%D9%85%D9%87%D8%A7/?fbclid=IwAR2O5BC5kjOeW3tFSRA8c70IFPLf1O6-Wh_ijwxFf5TJzdNyZzWfasYWwF8

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər