Sizin Reklam Burada

Zərifin Bakıya səfər tarixi və proqramı məlum oldu

Zərifin Bakıya səfər tarixi və proqramı məlum olduİran xarici işlər naziri Məhəmməd Cavad Zərif 24 yanvarda Azərbaycana səfər edəcək.

Avrasiya.net xəbər verir ki, səfər zamanı o, Prezident İlham Əliyev, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.

Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək:
1) İki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.)
2) İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı
3) İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı
4) Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı

İran İslam Respublikası Xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər