Sizin Reklam Burada

Aqil Məmmədov : “Kommunikasiyaların açılması ilə ənənəvi erməni iddiaları puç olacaq”

Aqil Məmmədov : “Kommunikasiyaların açılması ilə ənənəvi erməni iddiaları puç olacaq”“11 yanvarda Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş və orada imzalanmış bəyannamə ətrafında diskussiyaların davam etdirilməsi təbii haldır. Bu diskussiyalar təkcə bizdə deyil, Ermənistan cəmiyyətində də gedir. Fərq ondan ibarətdir ki, onlarda Moskva görüşünün nəticələri Ermənistanın növbəti uğursuzluğu kimi qiymətləndirilir. Əslində də, belədir”.

Avrasiya.net xəbər verir ki ,bu fikirləri Turkustan.info-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkili hesab edir ki, indiki mərhələdə Azərbaycanın iqtisadi məsələləri, həmçinin, kommunikasiyaların açılmasını ön plana çəkməsi, əslində siyasi gedişlərdir: “Ermənilər öz işğalçılıq siyasətinə, eyni zamanda, Dağlıq Qarabağdakı bölücülük fəaliyyətlərinə hər zaman onunla haqq qazandırmağa çalışıblar ki, Azərbaycan xalqı ilə bir yerdə yaşamaq onlara təhlükə yaradır. Hazırda, bölgədə olan Rusiya sülhməramlıları da Qarabağdakı erməni icmasını “təhlükədən” qorumaq üçün orada olduğunu bildirir. Belə bir şəraitdə Azərbaycan kommunikasiya xətlərinin açılmasını təşviq etməklə, ermənilərin planlarını alt-üst edir. Əgər sabah Ermənistan Azərbaycan ərazisindən – avtomobil və dəmir yolu vasitəsilə tranzit kimi istifadə edəcəksə, artıq, Azərbaycan xalqı ilə birgə yaşayışın təhlükəliliyi iddiası ortadan qalxacaq. Necə ola bilər ki, Azərbaycanın bir hissəsindən nəqliyyat yolu kimi təhlükəsiz istifadə edirsən, digər bölgəsində sənin üçün təhlükə var? Bu halda, artıq, bizdə çoxlarını narahat edən sülhməramlılara da gələcəkdə ehtiyac qalmayacaq. Həmçinin, Xankəndi, Ağdərə, Xocavənd üzərindən keçən yollar da açılacaq”.

A.Məmmədov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan dəqiq siyasət həmişə olduğu kimi bu məsələdə də öz müsbət nəticələrini verəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər