Sizin Reklam Burada

“Fransa Senatı Azərbaycan xalqından üzr istəmlədirlər”

“Fransa Senatı Azərbaycan xalqından üzr istəmlədirlər”“Bu gün Fransa regionda gedən sülh proseslərinə dəstək vermək əvəzinə, öz çirkin məqsədlərinə nail olmağa çalışır”.

Avrasiya.net xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev parlamentin iclasında Fransa Senatında qəbul edilmiş «Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti» adlı qətnamə təklifinə etiraz bəyanatının müzakirəsi zamanı deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunduqdan sonra 1 milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb:

“Bu qədər insanın illər ərzində pozulmuş hüquqlarını Fransa Senatı nə zaman müzakirə edib? BMT TŞ-nın işğal olunmuş ərazilərlərlə bağlı qətnamələri var və Fransa bu sənədlərə səs verib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa bu qətnamələri icra etməli idi. Düşünürəm ki, Fransa Senatı Azərbaycan xalqından üzr istəmlədirlər. Onlar bu qətnamə ilə bizi təhqir edirlər. Qoy onlar qarşılarında Azərbaycan xalqının iradəsini görsünlər. Əgər düşünürlərsə ki, bu cür qətnamələrlə bizə öz iradələrini, çirkin əməllərini qəbul etdirəcəklər, onlar yanılırlar.

Bütün Azərbaycan xalqı silaha sarılaraq son damla qanına qədər müstəqil dövlətini qoruyacaq. Nə Ermənistan, nə də onun havadarları bizim iradəmizin əleyhinə gedə bilməz. Biz müstəqil dövlətik. Bu gün qəhrəman Azərbaycan əsgəri öz canı və qanı ilə işğalçıları torpaqlarmızdan qovub. Bu gün sülh prosesi gedir. Bunu dəstəkləmək əvəzinə, Fransa qızışdırıcı mövqe tutur. Məqsəd isə öz çirkin niyyətlərinə nail olmaqdır. Biz Senatın bu qətnaməsini qətiyyətlə pisləyirik və hesab edirik ki, bu, Azərbaycan dövlətinin suverenliyinə qarşı bir təhdiddir. Azərbaycan bütün imkanlarından istifadə edərək buna adekvat cavab verməlidir və məcburi köçkünlərin də iradəsi əks olunmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər