Sizin Reklam Burada

“Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN

“Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN“Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq”.

"RİA Novosti" xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Dövlət katibi Jean-Baptiste Lemoine bildirib.

Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir:

“Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.

Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər