Sizin Reklam Burada

25 noyabr da ən yeni tariximizə qızıl hərflərlə yazıldı

25 noyabr da ən yeni tariximizə qızıl hərflərlə yazıldıPrezident və Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı Xalqa Müraciətini bu gün hamımız böyük bir coşqu ilə, sevinc hissi ilə izlədik. Beləliklə, bu gün də adi bir gün olmaqdan çıxıb tarixi bir günə çevrildi. 25 noyabr ən yeni tariximizə qızıl hərflərlə yazıldı.

Qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcər də öz tarixi sahibinə - Azərbaycana qaytarıldı. Kəlbəcər düz 27 il davam edən ağır işğal keşməkeşlərindən sonra yenidən böyük Azərbaycan ailəsinə qovuşdu. Bundan sonra digər yurd yerlərimizdə olduğu kimi gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq.

Cənab Prezidentimiz bu gün Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi. Biz də Milli Həmrəylik Partiyası olaraq bu təbrikə qoşulur, bütün soydaşlarımızı, o cümlədən, istiqanlı və fədakar kəlbəcərlilərimizi bu tarixi hadisə münasibətilə təbrik edirik. Gözünüz aydın olsun, dəyərli soydaşlar! Həmişə evinizdə, əziz kəlbəcərlilər! Ocağınız gur yansın!

Mən ayrıca olaraq Prezident və Ali Baş Komandan İlham Əliyevi də təbrik edirəm. Təbriklər, cənab Prezident! Əzminizə, qətiyyətinizə eşq olsun! Siz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi gerçəkdən də şanlı tarix yazırsınız. 44 günlük savaşda qazanılan Qələbədən sonra torpaqlarımızın qalan hissəsini siyasi müdrikliklə, diplomatik məharətlə, tamamilə dinc şəkildə işğaldan azad etməyin, geri qaytarmağın özü də bir TARİXdir. Böyük hərflərlə yazılan TARİX.

Siz öz mübariz ruhu və döyüş qabiliyyəti ilə bu günlərdə bütün dünyanın rəğbətini qazanan Müzəffər Ordumuzla birlikdə işğal tariximizi Zəfər tarixi ilə əvəzlədiniz. Bəli, Siz bunu bacardınız. Və qədirbilən Azərbaycan xalqı Sizin bu tarixi xidmətinizi heç vaxt unutmayacaq!

Ümumilli liderimiz Heydər Əliyev deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. Elə də oldu. İndi tarix hər şeyi öz yerinə qoyur. Sizin əlinizlə qoyur, Ordumuzun vasitəsilə qoyur, cənab Prezident!

Siz sadəcə işğalçı ölkəyə qarşı mübarizə aparmırsınız. Siz amansız və iyrənc erməni faşizminə qarşı mübarizə aparırsınız. Siz bütün Cənubi Qafqazı erməni təcavüzkarlığından xilas edirsiniz. Bu böyük bir missiyadır. Qonşu ölkələrə daim ərazi iddiaları irəli sürən daşnak təfəkkürünü məhv edib sıradan çıxarmaq Azərbaycanın bəşəriyyətə ən böyük xidmətlərindən biri olacaq.

Missiyanız tam Qələbə ilə sonuclansın, cənab Ali Baş Komandan! Allah Dövlətimizə və Ordumuza qüvvət versin!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər