Sizin Reklam Burada

Ermənistan mütləq cəzalanmalıdır - Ekspert

Ermənistan mütləq cəzalanmalıdır - Ekspert"İşğalçı Ermənistan tərəfi Azərbayacana vurduğu zərəri hər hansısa bir formada məcburən ödəməlidir".

Bunu Avrasiya.net-ə açıqlamasında QHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi 30 ildir ki, Qarabağ münaqişəsinin nəticəsində vurulan humanitar zərərlərlə yanaşı eyni zamanda iqtisadiyyatımıza dəyən zərərlərin də miqyasının böyük olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb:

"Ekspertlər bölgəyə dəyən zərərin miqyasının böyük olduğunu deyiblər. Bütün hesablamalara görə Birinci Qarabağ savaşın dövründə ölkəmizə təxminən 120 milyard dollar zərər dəyib. Nəzərə alsaq ki, Qarabağın ölkəmizin iqtisadi cəhətdən ən potensiallı, o cümlədən çoxşaxəli bölgəsi olması dəymiş zərərin miqdarının daha da artmasına əsas yaradır. Hətta Vətən müharibəsi başlamazdan öncə bizim hesablamalarımıza görə ölkə iqtisadiyyatına 450-460 milyard dollar zərər dəyib. Lakin kənd, rayon və şəhərlərimiz işğaldan azad edildikcə və ordumuz o bölgələrə daxil olduqca mənzərənin dəhşətli olduğunun şahidi olduq. Artıq dəyən zərərinin miqdarının ilkin hesablamalara görə 800 milyard dollar olduğu qeyd edilir. Nəzərə almalıyıq ki, o torpaqlar Azərbaycanın nəzarətində olsaydı bu bölgələr ölkəmizin digər bölgələri kimi iqtisadi inkişaf edəcəkdir. Hesab edirəm ki, hökumətimiz daha dərin araşdırmalar edərək dəqiq olaraq dəymiş zərəri hesablayacaqdır".

Ekspert onu da qeyd edib ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir: "BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi prosesi həyata keçirilib. Məsələn, Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir".

Mütləq işğalçı Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiya ödəməli olduğunu qeyd edən E.Əliyev bildirib ki, artıq dövlət orqanları hesablamalar aparır. Eyni zamanda aidiyyəti qurumlar beynəlxalq məhkəmələrə müraciət edərək dəyən maddi zərərin ödənilməsi üçün iddia qaldırmağa ciddi şəkildə hazırlaşır: "Ermənistan Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, ekologiyasına, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurub. Bu prosesə BMT mütəxəssislərini də cəlb etməliyik və Ermənistan mütləq cəzalanmalıdır. İşğalçı Ermənistan tərəfi Azərbayacana vurduğu zərəri hər hansısa bir formada məcburən ödəməlidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər