Azərbaycana verdiyimiz dəstəyə görə Kanada bizə embarqo qoydu - Ərdoğan

Azərbaycana verdiyimiz dəstəyə görə Kanada bizə embarqo qoydu - Ərdoğan"Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik".

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq", - deyə Prezident bildirib.