Sizin Reklam Burada

Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!

Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!Xatirə Quliyeva
AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun şöbə müdiri
Fəlsəfə elmləri doktoru

Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın şah damarı, göz bəbəyidir!!! Müstəqil Azərbaycsn Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev bu gün 10 noyabr tarixində 10 milyonluq Azərbaycan xalqına 28 il həsrətlə gözlədiyi ŞAD XƏBƏRİ verdi:“Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır”. O, bu müjdəli Qələbə xəbəri ilə Azərbaycan tarixinə XXI əsrin Azərbaycan sərkərdəsi kimi düşdü.

Əvvəl 8 noyarda Dağlıq Qarabağın və bütün Azərbaycanın baş tacı Şuşanın Azad olması, bu gün, - 28 il sonra müqəddəs Dağlıq Qarabağımız torpaqlarımızın demək olar ki, 90 faizinin mənfur, nankor erməni işğalından azad olunması Elan olundu!

Bu sadə Elan deyildi! Bu Elanla bərabər, bir gün öncəki möhtəşəm Şuşa Qələbəsi ilə bərabər Üç dövlətin – Azərbaycan – Rusiya – Ermənistanın ölkə başçılarının rəsmi şəkildə imzalamış olduqları Bəyanat da bir Qələbəmizdir!

Sentyabrın 27-sindən başlayaraq hər gün Xalqına Qalibiyyət müjdəli Xəbərləri yetirən, dünyanın müxtəlif informasiya agentliklərinə çox sayda müsahibələr verən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu tarixi Bəyanatı da özü oxudu.

Hər müddəası bütün dünyaya dövlətimizin gücünü, xalqımızın qəhrəmanlığını, yenilməzliyini bir daha Bəyan edən və bu yazının ruhu-canı olan Tarixi Bəyanatı diqqətə çatdırmağı labüd hesab edirəm:

Prezident İlham Əliyevin

müraciəti


Əziz həmvətənlər.

Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:

“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”.

Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!
Məqamı olduğu üçün deməliyik ki, hərbi və eləcə də siyasi cəhətdən Azərbaycan qarşısında məğlub olan ermənistanın bu Bəyanatdan başqa yolu qalmamışdı da. Belə ki, bütün dünyaya yalvardı, rədd edildi! Deməli siyasi cəhətdən nüfuzsuzluğu, ən əsas da ədalətin onun tərəfində olmadığı sübut oldu! Bu tərəfdən belə məğlub oldu. Sonra az da olsa köməyinə gələnlər oldu, sözdə, çıxışda qahmar çıxanı da oldu, amma BİZƏ – bizim hərbi və siyasi gücümüzə özü qarışıq köməyinə yetişənlərin də bütövlükdə gücləri yetmədi. Misal var, “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”- belə də oldu. Haqlı tərəf Azərbaycanı Haqq ilahi qüvvəsi ilə qorudu.

Ermənistan dövlətində dünən gecə baş vermiş hadisələr - Paşinyanın göz yaşları, onun ölkəsindən qaçması, etiazçıların Paşınyanın iş otağına girib əşyaları qarət etməsi, ali məclislərinin spikerinin ölümcül döyülməsi və s. bu dövlətin artıq tamamilə siyasi arenadan çıxmasına dəlalət edir.

Onların xeyrinə danışan jurnalistlər Paşinyanın məğlub olduqlarını Elan edən son çıxışından sonra görəsən nə deyəcəklər.

Onu da qeyd etmək mühüdür ki, tarixi Bəyanatın -- 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq”- müddəası heç kimi naümid etməməlidir. İlk növbədə bu Bəyanatı, bu müddəanı imzalayan bizim Ali Baş Komandandır! Biz ona inanmışıq və sona qədər onun arxasındayıq! İkincisi, bütün müdrrik sərkərdələr işini bərk tutmaqla sınaq müddətinə fasilə veriblər. 28 il dözən xalqımız 28 gün də dözər!

Sözlərinə etibarsız çıxarlar, “bu meydan bu şeytan”- yenə qorxaq ermənilər qarşılarında igid-ərən Azərbaycanlıları görərlər!..

Budur! Bizim prezident Müraciətində xalqını əmin edir: “Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.

Ona görə məsələnin həlli artıq təmin edilib. Əlbəttə, əgər Ermənistan atəşkəsə əməl etsə, - mən artıq bütün əmrlərimi vermişəm, - komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq”.

Başqa bir tərəfdən bu müddəa övladlarımızın qanına qıymamaq üçün, nahaq qan tökülməməsi üçün ən ədalətli qərardır. Sonra atalar məsəlimiz var: “qanı qanla yumayıblar”.

Bəyanatın 6-cı müddəasının – “Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”- məzmunu Azərbaycanın siyasi olduğu qədər humanist mövqeyininin müdrikliyini göstərir. Ermənilərdən fərqli bizim Aatalar məsəlimiz var: “qanı qanla yumayıblar”, “Əli yolu”, “məhlə yolu” kimi məşhur deyimlərimiz var. Bunlar birbaşa düşməni nəzərdə tutan deyimlərdir. Həm də unudulmasın ki, bütün dünyada həqiqi tolerant ölkə kimi məşhur olan Azərbaycan əzəldən ədalətli, “Əli rəhminə” malik xalqdır və bu gün ölkəmizdə minlərlə erməni yaşayır. Onlara bu cür qanlı-qadalı günlərdə belə dəyməyən xalqımız üçün bu “dəhliz” də əskiklik deyil.

Bundan başqa, Azərbaycan Bəyanatın 9-cu bəndindəki müddəa - “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək” – bizim blokada şəraitində olan NMR-sı ilə quru yol əlaqələrimizin bərpasını şərtləndirir ki, bu da növbəti uğurumuzdur .
Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!
Ali Baş Komandanımız cənab İlham Əliyevin bu səhərki Müraciətində bu məsələ də ciddi arqumentlərlə əsaslandırılmışdır: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi. Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim”.

Bəyanatda qondarma “müstəqil” Arsax respublikasının sovet dövründə fayalanmış olduqları, vilayət statusu da nəzərdə tutulmur ki, bu bizim xeyrimizə olan ciddi məsələ ilə bağlı Azərbaycan dövlətrəhbərinin şərhi lap ürəyimizdən xəbər verir: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara

muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi”.

Beləcə, Ali Baş Komandanımız cənab İlham Əliyevin bu səhər xalqımıza etdiyi Müraciət bu Bəyanatın mahiyyətindən doğan inamı bir daha doğruldur: “Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.

Beləliklə, dünən gecə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin imzaladıqları tarixi Bəyanat və ölkə rəhbərimiz, cənab İlham Əliyevin Nitqi bir daha sübut edir ki, Azərbaycan hökuməti arxada qalan 28, əslində 30 illik müddətdə Dağlıq Qarabağımızı bir gün, bir dəqiqə diqqətindən kənarda saxlamadı.

8 noyabrda Dağlıq Qarabağ torpaqlarımızı azad edən XXI əsr Azərbaycan sərkərdəsi İlham Əliyevin Ordumuzun – xalqımızın Qələbə Elanını verərkən dediyi “Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”- sözlər 28 il əvvəlin gerçəklərinə projektor saldığı kimi bu gün səhər bütün xalqımızı riqqətə gətirən bu qiymətli Qələbə mücdəli düşüncələr doğrudan da 27 sentyabrdan bu günə qədər davam edən Böyük Vətən Müharibəmizin uğur NİDASI, İNAM NİDASI oldu: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Bu tarixi gündə - Milli Qələbə günümüzdə Azərbaycan xalqının Ulu öndəri, müstəqil Azərbaycan dövlətinin böyük qurucusu Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində vətənpərvərliyi, milli lider mövqeyi ilə, həm də müdrik düşüncə ilə Dağlıq Qarabağ üçün mübarizəsi yada düşür.
Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!
Beləki, Ulu öndər Heydər Əliyevin rus imperiyasının sağ qolu olan A.Qromıkonun ona Dağlıq Qarabağın Ermənilərə verildiyini Azərbaycan xalqına Elan etməyi tapşırdıqda milli lider vətənpərvərliyilə anlatdığı – ““Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”. Azərbaycanlılar yatmış aslanlardır, yaxşısı onları oyatmayın! – bəyanatını vermişdi. Ulu öndərin əbədiyyətə qovuşduğu 17 il ərzində gücləndi onun memarı olduğu Azərbaycan və müqəddəs torpaqlarımız üstündə qondarma respublika elan etmiş, hələ azğınlaşaraq “Qarabağ Ermənistandır, nöqtə”- deyən mənfur qəsbkar erməni “peşmanyan” hökumətinin və onun millət olmaq statusu xilqətən olmayan vandal erməni soydaşlarının yalvaryaxarla əldə etdikləri Atəşkəs dövründə növbəti təxribatlarından sonra Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyev qəti qərarını verdi. Hər şeydə bir hikmət gizlənir. Bu bir cümləlik cinayətkar düşüncə ilə Allah bizim xalqın bir vaxtlar Ulu öndərin Qromıko vasitəsilə bütün imperialistlərə ünvanlı bəyanatında əks olunmuş “yatmış aslan” xislətini canlandırdı.

Beləcə, Heydər Əliyevin Aslan, dediyi, 100 minlərlə gəncimiz - igid Aslan, Ali Baş Komandan, cənab İlham Əliyevin - XXI əsrin sərkərdəsinin qərarına dərhal səs verərək “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, Ya ölüm” şüarları ilə küçələrə axışdı. Bir gün içərisində minlərlə döyüş gücü olan vətəndaşımız Milli Ordu sıralarına könüllü yazıldı. 27 sentyabrdan bu günə kimi davam edən, bu gün baş tacımız Şuşada Üç rəngli Bayrağını dalğalandıran Azərbaycan Respublikası Müqəddəs torpaqları üzərindəki sərhəd bütövlüyünü bərpa etmək yolunda ən həlledici Qələbə zirvəsinə yetişdi!

Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyevin bu gün Xalqa müraciətində bəyan etdiyi – “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.” – vədlər xalqımıza və eləcə də yeni zəhidlərimizlə bərabər dünyadan Qarabağ həsrəti ilə köçən bütün soydaşlarımızın ruhunu sevindirən bir müjdə oldu.

Bu Qələbə Şuşanın Azad olunması və tarixi Bəyanatın imzalanması 9 noyabr Bayraq günümüzə təsadüf etməklə Azərbaycanın yenilməzliyini və bir də Azərbaycan xalqının Ulu öndərinin siyasi varisinə böyük inamını bir daha təsdiqləyir.

8 noyabr – Qələbəmizin elan olunduğu gün XXI srin sərkərdəsi İlham Əliyevin xalqa müraciətində səslənən “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”- səmimi sözləri Dağlıq Qarabağdan nigaran getmiş Ulu Öndər ruhunu dincəldən ən müqəddəs dualara bərabərdir! Bu bir cümlə həm də Müstəqil Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin siyasi sələfi Ulu Öndər Heydər Əliyevin 01.10.2003-cü il tarixli O unudulmaz Müraciətini, cümlə-cümlə, söz-söz yada salır: “Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” .

Bu inama Azərbaycanın iqtisadi, hərbi və hərtərəfli inkişafının təminatı daxil idi. Bu inama gənc Respublikanı dünya siyasi arenasına çıxarmaq, nüfuzlandırmaq daxildi. Bu inama bunlarla birlikdə işğal olunmuş Azərbaycan Torpaqlarının son qarışına kimi azad olunması, qaçqın-köçkünlərin dədə-baba yurdlarına qovuşması tarixyüklü vəzifəsi aiddi.

Ulu öndər dünyasını dəyişəndən sonrakı illərdə Azərbaycan Qlobal dünya hakimlərinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda əhəmiyyətli gücə malik ölkələr sırasında xüsusi önəm verdikləri bir dövlətə çevrilməklə bu inamı təsdiqləmişdi.

Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilməklə də bu inamı təsdiqləmişdi!

Beləcə, Ulu öndər Heydər Əliyevin ölkədə və dünyada mürəkkəb və gərgin hadisələrin cərəyan etdiyi bir vaxtda sonsuz çətinliklər bahasına qurduğu gənc Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ata- sələf vəsiyyətini tamamlaması, inamı təsdiq etməsi, etibarı doğrultması üçün bir Zəfəri qalırdı – işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad olunmasına nail olmaq.

Siyasi Varis buna hər gün, hər saat hazırlaşırdı. 8 NOYABR 2020-Cİ İL - möhtəşəm Zəfər günündə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin xalqına ünvanladığı fikirlər illərlə yol gələn o məqsəddən, o amaldam ucalır : “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”.

Nəhayət, Siyasi varis sələfinin inamını hərtərəfli doğrultdu! Əlçatmaz, ünyetməz Zəfərini çaldı! Xalqına Qələbə sevincini bəxş etdi!

Bu Zəfərin bir möhtəşəmliyi də monolit Türk Birliyi ilə təsdiqlənir! Bir tarixi deyim var: “Türkün Türkdən başqa dostu yoxdur!”. Bu Zəfərimizin əsasında nəhəng Türkiyə Respublikasının bizə siyasi-mənəvi dəstəyi unudulmazdır. Türk soydaşlarımız bizə necə 100 il əvvəl köməyə gəlmişdilər yenə yetişdilər. Amma bu dəfə torpaqlarımızı xilas etdilər. 100 il əvvəl Azərbaycana Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün böyük diqqəti ilə xalqımız erməni soyqrımından qurtulmuşdu, indi dünya nəhəngi- Türkiyə Respublikasının lideri Rəcəb Taib Ərdoğanın böyük siyasi dəstəyi ilə sərhədlərimiz bütövlüyünə qovuşdu. Atalar sözümüz var, “İlan ulduz görməsə, ölməz”!.. Təsadüfi deyil ki, Türkiyəni Azərbaycanın arxasında dağ kimi dayanan görən, nəhəng Türkiyənin siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın apardığı möhtəşəm müharibədə məğlub olan Ermənistan təkcə hərbi cəhətdən deyil, çox sahələrdə süqut etdi. Onun “dənizdən-dənizə” xülyaları bütünlüklə suya düşdü və çətin bir də o, talan iddialarına düşə...
Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə! Ruhun şad olsun, ulu öndər!
Bax beləcə, Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğanın 80 milyonluq nəhəng Türkiyənin “Can Azərbaycan!” nidası ilə vuran ürəklərinin səsinə səs verən “biz Azərbaycan xalqının yanındayıq!”, eyni zamanda Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevin hər gün Xalqımıza Müraciətlərində Türkiyə - Azərbaycan qarşılıqlı əməkdaşlıq münasibətlərini, ən əsas bir millət olmağımızı -qandaşlığımızı yüksək qiymətləndirməsi və elə son günlərdə,- ABŞ-ın “Fox News” telekanalına müsahibəsində “Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var” - bəyanatını verməsi Türk Birliyinin Yeni əsrdə böyük tarixi qələbəsini təsdiq edir.

Ali Baş Komandan, cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğana ünvanladığı bu sözlər də haqq mübarizəsində Azərbaycan – Türkiyə - Bir Millət-İki Dövlət həmrəyliyini təsdiq edir: “ƏZİZ QARDAŞIM! Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi,

ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Yeri gəlmişkən qeyd edim ki, son bir neçə ildə Türkiyədə demək olar ki, hər gün müharibə - şəhid xəbərləri izlədikcə və “Vətən sağ olsun!” başsağlıqlarını eşitdikcə nə qədər ağır da olsa Dağlıq Qarabağ uğrunda Vətən Müharibəmizi, qanımız-canımız bahasına müqəddəs torpaqlarımızın geri alınmasını arzulamışam... Ölkə də xaricdə çıxışlarımda “Sülh gözəldir, Torpaqlar isə müqəddəsdir” demişəm. Bu aşağıdakı misraların dərin mənası həmişə məni ruhlandırıb.

“Bayrakları bayrak yapan üstündeki kandır, Toprak eğer uğrunda ölen varsa vatandır”

( Mithat Cemal Kuntay)

Əlbəttə, bu gün Dağlıq Qarabağımız uğrunda haqq Müharibəmizdə qəhrəmancasına həlak olan elə şəhidlərimiz var heç 40-ları da çıxmayıb! Gözü yaşlı analar var, bacılar, gəlinlər, körpələr var... Amma bu müharibə reallığıdır! Vətən Sağ olsun! “Şəhidlər ölməz, Vətən bölünməz!”.. Bir də ölüm alın yazısıdır. Nə xoş o insanlara ki, alınlarına Vətən uğrunda ölmək-şəhid olmaq yazılıb! Həyatda çox övlad itirən analar, çox qardaş itirən bacılar, çox ömür yoldaşını itirən gəlinlər, çox yetim qalan körpələr var! Nə gözəldir bu itkilərin ünvanı qəhrəmanlıq – döyüş meydanları olsa!.. Döyüşə igidlər gedər, getdilər və Şəhidlik adında bir əbədiyyət səhifəsi yaratdılar! Onların ruhu bu Zəfərlə şad olacaq daima!

Gecədən keçmiş – 2. 30 radələrindən Ali Baş Komandan, cənab İlham Əliyevin xalqa yetirdiyi Qələbə mücdəli Müraciətdən sonra həmvətənlərimizin ardı-arası kəsilməyən “Qarabağ” şüarları, maşın siqnalları, Qarabağ şikəstəsi, “Laçınım” və başqa qəhrəmanlıq mahnıları, yallılar - atəşfəşanlıq təntənəsini izləyə-izləyə yazdığım bu yazını kövrək duyğularımın diktəsi fikirlərimlə tamamlayıram:

Vətən Sevgisi! Allahın bəndələrinə bəxş etdiyi sevgilərdən ən alisidir!.. Vətən o demək ki, hər qarışı bütün sənsən!.. Vətən bizim üçün o varlıq ki, Dağlıq Qarabağdan, onunla kimi qədim Rəvan – İrəvan torpaqlarımızı itirəndən bütün Azərbaycanlıların bir dinməyən həsrəti vardı, ovunmayan bir ağrısı vardı. Bir nəsil qaçqın uşaq gənc oldu, bir nəsil yaşlı dünyasını dəyişdi- amma hansı bölgədən olduğumuzdan asılı olmadan itki dərdimiz ümumi idi. Daş-qubar idi içimizdə həsrət qaldımız Dağlıq Qarabağ Vətənimiz! Sanki nisgil narın qum dənəcikləri kimi səpilmişdi Azərbaycanın üstünə! Vətəndaş olasan bu kökü Qarabağda- İrəvanda olan acıya biganə olasan?! Mümkün deyil! Bəlkə də Vətəndaş kəlməsi Vətənin hər daşına sahib olmaq deməkdir! Sərhəd də, yurd da, oba da, el də bu mənalardan qaynaqlanır!

Bir də mən inanmıram ki, hər bahar gələndə çəmənlərimizi bəzəyən Xari bülbül düşmən ayaqları altından baş qaldırsın! İnanmıram ki, Qarabağ dağları, meşələri, bulaqları muğam “boğazlarını” mənfur erməni tayfalarına vermiş olsun!

Mən inanmıram ki, əcdadlarımızın ruhu onlara Dağlıq Qarabağ torpaqlarının, bu yerlərin yeraltı-yerüstü sərvətlərinin, sirli-ilahi mənəvi ərmağanlarıının bizə - Azərbaycanlılara məxsus olduğunu, bu günki məğlubiyyətlərinin onları gözlədiyini, “türk” deyib nifrət etdikləri Azərbaycanlılara məğlub olacaqlarını, yenə hiylə maskalarını taxıb bu yerin əbədi sahiblərinə sığınacaqlarını agah etməmiş olsun!

Qələbə! Tək insanlar deyil, əsl sahiblərindən uzaq düşmüş, yetim qalmış kəndlər-kəsəklər sevinir. Tək kəndlər-kəsəklər yox, qarlar, yağışlar, mehlər, Günəşli günlər sevinir!

Beləcə bu gün bütün Azərbaycanın Qələbə günüdür və bundan sonra gələn hər ilin bugünü və və əslində bu günləri bizim Milli Qələbə günlərimiz olacaq!

Gözün aydın Azərbaycan! Gözün aydın Türkiyə! Ruhun şad olsun Ulu Öndər!

Allah ömrünüzü uzun, sağlamlığınızı möhkəm, uğurlarınızı bol etsin hamımızın – bütün Azərbaycanlıların prezidenti, möhtərəm İlham Əliyev! Siz bu Zəfərinizlə bütün dünyaya Azərbaycanın hərbi, siyasi, iqtisadi gücünü və XXI əsrin sərkərdəsi qüdrətinizi sübut etdiniz! Qarşıda bir Zəfəriniz də var: qədim İrəvan xanlığımıza Dağlıq Qarabağ Fatehi yürüşünüz və didərginlərimizin dönüşü zəfəriniz!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər