Sizin Reklam Burada

“Dağlıq Qarabağ” ifadəsi tamamilə dilimizdən çıxarılsın - Təklif

“Dağlıq Qarabağ” ifadəsi tamamilə dilimizdən çıxarılsın - TəklifAvrasiya.net xəbər verir ki, ictimai fəal, QHT sədri, tarixçi Emin Əliyev özünün rəsmi sosial şəbəkə hesablarında təklif etmişdir ki, artıq “Dağlıq Qarabağ” ifadəsi tamamilə dilimizdən çıxardılsın. O qeyd edir ki, “Dağlıq Qarabağ” adı 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması ilə ortaya çıxmışdır.

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib.

1988-ci ildə Ermənistan və Azərbaycan SSR arasında münaqişəsinin başlanmasının ardından 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı 30 ildən çox davam edən təcavüzkarlıq siyasəti və müharibəsi 10 noyabr 2020-ci ildə Ermənistanın tam məğlubiyyəti və işğalçı ordunun ərazilərimizi birdəfəlik tərk etməsi ilə nəticələnmişdir.

Bütün bunları nəzərə alaraq separatçı bir ifadə olan “Dağlıq Qarabağ” adı tarixin qaranlıqlarına atıldı.

Hesab edirəm ki, 10 noyabr 2020-ci il tarixli zəfər aktı ilə “Dağlıq Qarabağ” separatçı ifadəsi də ləğv edilməli, bütün müstəvilərdə bu addan istifadə qadağan edilməli və bu adın hallanmasından imtina edilməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər