"Azərbaycan prezidenti bütün qərarlarında daima haqlıdır"

"Azərbaycan prezidenti bütün qərarlarında daima haqlıdır"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar!

Danılmaz faktdır ki, Azərbaycan prezidenti bütün qərarlarında daima haqlıdır. Dünya dövlət başçıları arasında öz səmimiyyəti, qətiyyəti və iradəsini ilə xüsusi olaraq seçilir! Bəşəri dəyərlərə hörmətlə yanaşır. Bu hər zaman belə olub, belə də olacaqdır!

#AliBaşKomandan və #rəşadətliordumuz, güclü milli ruha sahib olan xalqmızın iradəsini ifadə edərək bizi böyük qələbəyə qovuşdurdu.

Qazanılan qələbənin mahiyyəti və hərbi-strateji əhəmiyyətini azaltmağa çalışan, bütün günü hərbi-siyasi ekspert kimi münasibət bildirən "dostlar", axı bu birliyi nə üçün zədələməyə, cəmiyyətimizin milli ruhuna xələl gətirməyə çalışırsınız. Səbirsizlik və yersiz emosionallıq göstərildikcə sizlər xalq-dövlət-ordu birliyini sarsıdırsınız.

Prezidentimizin istənilən qərarı bizim rifahımız üçündür! Bu ölkənin sosial-iqtisadi inkişafı üçündür! Bu Azərbaycanın dünya ölkələri arasında öz siyasi-iqtisadi, ictimai-ideoloji mövqeyinin daha da möhkəmlənməsi üçündür!

Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. 30 ilə yaxındır bəlli səbəblərdən bizə meydan oxuyan düşmən qarşımızda diz çökdü! İşğal altındakı torpaqların təxminən yarısını cəmi 40 gün ərzində Azərbaycan Ordusu azad etdi. Şuşada Azərbaycan bayrağı dalğalanır!

Biz yumruq kimi birləşmişik! Biz torpaqlarımıza qayıdırıq! Biz Naxçıvana dəhliz əldə edirik! Biz Kəlbəcərə, “İstisu” bulağına gedəcəyik!

Torpaqlarımızın qalan hissəsindən də düşmən hazırda çəkilməkdədir. Milyonlarla vətəndaşımız Böyük Qayıdışın həyəcanını yaşayır. Uzun illərdən sonra millətimiz ilk dəfə olaraq Şəhidlər Xiyabanına başı dik axın edir!.

Daha nə olsun?....

Sosial şəbəkələrdə görülən bu işlərə şübhə ilə yanaşan facebook dostlarım, bir daha düşünün, ittiham etməkdənsə, dövlət başçımıza sonunadək dəstək olmaq lazımdır.

Ölkə rəhbərimizin qərarlarına hörmətsizlik və tərəddüd edib, ona şübhə ilə yanaşacaqsınızsa xahiş edirəm dostluq siyahımdan izləmədən özünüz çıxasınız.

Qərarlarınıza böyük hörmətlə yanaşıram.