Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi - Hulusi Akar
Dərc olunub:
11-11-2020, 07:10
Azərbaycan Müdafiə Nazirliyində Qarabağda əldə olunmuş qələbə münasibəti ilə ziyafət təşkil edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.
Bildirlib ki, ziyafət zamanı müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov bir-birlərini qucaqlaşaraq təbrik ediblər.
H.Akar bildirib: "Əldə olunan nəticə bizi xoşbəxt etdi, bu bir oyanışdır, Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etdiniz".