Qarabağ öz tarixi sahibinə qayıdır! - MHP sədri

Qarabağ öz tarixi sahibinə qayıdır! - MHP sədri Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Separatçıların qondarma hökumətinin İrəvana köçürülməsi xəbəri əslində dolayısı yolla bütövlükdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın (“DQR”) mövcud əhalisinin Ermənistana köçürülməsini təsdiqləyir. Çünki qondarma rejimin öldüsü ilə qaldısı bilinməyən "rəhbər"i Araik Arutyunyanın sosial şəbəkə hesabından paylaşılan bu məlumatda bildirilir ki, Ermənistana köçürülən vətəndaşlara sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah yaradılıb.

O, Ermənistana köçürülən Qarabağ ermənilərini həmin operativ qərargaha müraciət etməyə çağırıb. Araik Arutyunyanın bu çağırışı bir daha onu sübut edir ki, hazırda Qarabağda demək olar ki, mülki əhali qalmayıb. Onların hamısı bu və ya digər üsullarla aradan çıxıblar, qaçıblar. Ermənistan silahlı qüvvələrinin Şuşa-Laçın yolunu mülki əhalinin üzünə bağlaması da məhz onların bölgəni tərk etmələrinin, Ermənistana və ya başqa ölkələrə qaçmalarının qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan Ordusu kəndlərimizi, şəhərlərimizi bir-birinin dalınca işğaldan azad etdikcə, ermənilər də çıxış yolunu yalnız qaçmaqda görürlər. Lakin Paşinyan isə buna mane olmağa çalışır. Çünki Qarabağdakı ermənilərin taleyi Paşinyanı əsla maraqlandırmır. Lakin geri çəkilməyi və qaçmağı da taktika kimi təqdim edən erməniləri artıq heç kim və heç nə Qarabağda saxlaya bilməz. Çünki Qarabağ artıq de-yure yox, həm də de-fakto Azərbaycanlaşır! Qarabağ öz tarixi sahibinə qayıdır!