Sizin Reklam Burada

"Erməni vandalları müharibədəki məğlubiyyətləri ilə barışmaq istəmir"

"Erməni vandalları müharibədəki məğlubiyyətləri ilə barışmaq istəmir"Düşmən işğalından azad edilən ərazilərdə bütün yaşayış məskənləri, meşə massivləri məhv edilib. Su hövzələri dağıdılıb, kənd təsərrüfatına yararlı torpaqlar erroziyaya məruz qalıb, təbiətə amansız divan tutulub. Son günlər ekoloji terrorun miqyası daha da genişləndirilib, Şuşada, Laçında, Göygöldə, Daşkəsəndə meşələr yandırılır, fosforlu silahlar təbiq edilir.

Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, meşələrin yandırılmasında məqsəd Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Onun sözlərinə görə, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil.

Xatırladaq ki, Müdafiə Nazirliyi bir neçə gün əvvəl kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi.

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov "AzPolitika.info"-ya şərhində bildirib ki, erməni vandalları müharibədəki məğlubiyyətləri ilə barışmaq istəmir, çünki bu, onlar üçün ölümə bərabərdir.

Məğlubiyyəti qəbul edərlərsə, ölkə daxilində bunun hansı hadisələrə gətirib çıxaracağını yaxşı bilirlər: "Son nəfəslərində əllərindən gələn pislikləri etməyə çalşırlar. Onlar nəinki qocaya, qadına, uşağa qarşı, həm də təbiətə qarşı amansız hərəkətdədirlər. Bu da onların mənfur xislətinin göstəricisidir". Komitə sədri düşmənin Azərbaycanın Tərtər, Ağcabədi, Bərdə, Gəncə şəhərlərinə qadağan olunmuş ballistik silahlardan atəş açdığını xatırladaraq, bununla xalqımızın iradəsini sındırmağa cəhd etdiyini vurğulayıb: "Amma buna nail ola bilmirlər, əksinə, xalqın birliyini, gücünü görürlər. Çalışırlar ki, Azərbaycanın iri şəhərlərinə mərmilər atmaqla əhali arasında çaxnaşma yaratsınlar. Bu alınmadı. İndi də meşələri yandırırlar".

Millət vəkili hesab edir ki, burada mənfur düşmənin bir neçə məqsədi ola bilər: "Birincisi, Azərbaycanın malik olduğu müasir silahların, pilotsuz döyüş aparatlarının, dronların hərəkətini məhdudlaşdırmaq istəyirlər.

İkincisi, döyüş texnikalarını yanğın zamanı yaranan tüstüdə, dumanda gizlədərək bizə qarşı istifadə etməyə cəhd göstərirlər. Təbii ki, bu cəhdlərin heç biri səmərə verməyəcək".

Millət vəkilinin sözlərinə görə, son vaxtalar Azərbaycana qarşı fosforlu bombalardan, güllələrdən istifadə olunması düşmənin vəhşiliyinin zirvəsidir. "Hansı ki, bu cür silahlardan istifadə hələ 1868-ci ildə Sank-Peterburq, 1949-cu ildə Cenevrədə Konvensiyasında, 1977-ci ildə həmin konvensiyalara qəbul olunmuş əlavələrdə, 1980-ci ildə adı silahlara dair 3-cü protokolda tam qadağan olunub", - deyə S. Qurbanov vurğulayıb.

Ağ fosfor maddəsi barədə məlumat verən Komitə sədrinin sözlərinə görə, bu elə bir maddədir ki, atmosferdə oksigenlə birləşərək yanğın əmələ gətirir: "Bu zaman 1200-1300 dərəcəyə qədər istilik yaranır. Nəticədə təbiətə çox ağır zərbə vurulur, torpağın üst qatı, canlı aləm, bitki örtüyü yanaraq məhv olur. Təsəvvür edin, bu maddənin cəmi 50 milliqramı insan orqanizminə düşdükə onun həyatına son verir. Onun qalıqları da çox təhlükəlidir. Məsələn, Rusiyanın Tolyatti şəhərində ağ fosforun qalıqlarının olduğu yerdə 36 dəfə öz-özünə yanğın baş vermişdi".

Sadiq Qurbanov bildirir ki, düşmən ağ fosforlu zəhərli maddələrdən birinci Qarabağ müharibəsində də istifadə edib. "Bu onların insanlığa, təbiətə, ümumiyyətlə, Allahın yaratdığı hər şeyə qarşı vəhşi münasibətinin göstəricisidir", - millət vəkili qeyd edib.

Ermənistanın törətdiyi ekoloji terror və qadağan olunmuş silah tətbiqi barədə faktların dünya ictimaiyyətinə, müvafiq beynəlxalq təşkilatlara çatdırıldığını vurğulayan S.Qurbanov, Azərbaycanın müvafiq strukturlarının düşmənə qarşı koordinasiyalı fəaliyyətindən söz açıb: "Əldə olunan bütün faktlar sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim olunur".

Tarixdə qadağan olunmuş silahlardan istifadə olunması barədə misallar gətirən Komitə sədri, İkinci Dünya Müharibəsində almanların, İraqda Səddam Hüseyin hakimiyyətinin məşhur siması "Kimya Əli" ləqəbli cinayətkarın Hələbçə şəhərində insanlara qarşı törətdiyi vəhşilikləri xatırladır: "Ermənilər də həmin yolu gedirlər. Bu, terrorçuların metodudur, onları istifadə etdiyi silahdır. Beləliklə, bir daha məlum olur ki, Ermənistan terroru dəstəkləyən bir terror dövlətidir. Azərbaycan da buna qarşı bütün gücü ilə mübarizə aparır: həm beynəlxalq müstəvidə, həm siyasi, həm də döyüş meydanında. Biz onların cavabını müharibə qanunları çərçivəsində döyüş meydanında veririk, qadınları, uşaqları, qocaları öldürmürük. Dövlətimiz, Ordumuz bu terrorun kökünü kəsməkdə qərarlıdır. İnşallah, xoş günlər yaxındadır. Cənab Prezidentin dediyi kimi doğma Şuşamız bir nəfəs qədər yaxındır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər