Sizin Reklam Burada

Dünyaya “demokratiya” dərsi keçən dövlətlər, niyə susursunuz?

Dünyaya “demokratiya” dərsi keçən dövlətlər, niyə susursunuz?Arzu Şirinova

Sentayabrın 27-də erməni silahlı birləşmələri işğal altında saxladıqları Azərbaycan torpaqlarından növbəti dəfə şəhərlrimizdə, kəndlərimizdə yaşayan dinc əhaliyə raket zərbələri endirməyə başladılar. Artıq bu dəfə səbri tükənən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya düşməni susdurmaq, ərazi bütövlüyümüzü təmin etmək, dinc əhalini qorumaq əmrini verdi. Azərbaycan xalqının kiçiyindən tutmuş böyüyünə kimi hər kəsin 30 illik gözləntisinə cavab oldu, verilən əmr. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi,bir yumruq kimi. Bu 30 ildə xalqın həmrəyliyi həsəd aparılacaq səviyəyə qalxdı.

Məhz bunun nəticəsi, əsas da Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun əzmkar döyüş qabiliyyəti idi ki, bir ay ərzində 4 rayon, üç qəsəbə və ümumuləkdə 200 yaşayış yerlərimiz erməni silahlı birləşmələrinin, daha doğrusu vandallların tapdağından azad edildi. Bu qələbəni və Azərbaycan Ordusunun irəliləyərək Laşını, Şuşanı, Ağdamı, Ağdarəni, Xankəndini, Xocalını və digər işğal altında qalan torpaqlarımızı da geri almaqda, o yerlərə sülh- əminamanlıq gətirməkdə qətiyyətli olduğunu görən Ermənistanın başı yox baş naziri Paşinyan bir ay ərzində zəng edərək yalvarmadığı dövlət başçıları qalmadı. Təbii ki, bu 30 ildə ermənilərə siyasi və maddi dəstək verən Rusiya, ABŞ və Fransa ön sıralarda idi. İlk əvvəl atəşkəsə və sülhə çağırış edən bu dövlətlər baxdılar ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi səs verdikləri 4 qətnaməyə-erməni silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması- əməl etməyən Ermənistanın cavabını və onların qərarlarını Azərbaycan verir, həyata keçirir.

Həm də öz sərhədləri daxilində. Ancaq yenə də atəşkəs çağırışlarında israrlaı idilər. Makronun bağırtısı elə güclüydü ki, sanki dövlətinin vaxtilə günahsız xalqlara elədikləri yaddan çıxmışdı. Sözün qısası, hər üç ATƏT-in Minsk qrupunun həmsədr ölkələri –başmayaraq ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olduqları üçün bitərəf mövqelərini saxlamalıydılar, ancaq əksinə bu 28 il ərzində, yəni yarandıqları gündən Ermənistanın maraqlarından çıxış edərək, Azərbaycanın haqq işinə kor oldular-bir-birinin ardınca atəşkəs olması üçün düşmən ölkənin və bizim Xarici İşlər Nazirlərini görüşə çağırdılar. Və humanitar atəşkəs elan olunması razılığına gəldilər. Verilən sözə əməl etməyən ermənilər göstərilən tarixin və satin üstündən az keçməmiş atəşkəsi pozdular.

Həm də ləyaqətsiz, şərəfsizcəsinə. Azərbaycanın yarım milyon əhalisi olan ikinci şəhərinə, həm də atəş xəttindən uzaqda yerləşən Gəncəyə qadağan olunan raket zərbəsi endirdilər. Gecə radələrində endirilən raket zərbəsi dinc əhalinin yaşadığı əraziyə düşdü və bunun nəticəsində uşaqlar da olmaqla ölən və raralananlar oldu. Ermənistanın məqsədi atəşkəs deyildi, Azərbaycanın döyüş bölgəsindən xeyli aralıda yerləşən əhalinin yaşadıqları ərazilərə raket zərbələri endirməklə-bu raket zərbələri Ermənistanın öz ərazilərindən atılırdı-Azərbaycanı qarşılıq verməyə təhrik etmək, bu zaman Rusiyanın da özvü olduğu KTMT-ni bu münaqişəyə yönləndirmək, münaqişənin miqyasını genişləndirmək idi. Buna nail olmayan Ermənistan növbəti dəfə Rusiyada elan olunan humanitar atəşkəsi pozub yenidən Gəncəyə, dinc əhalini yaşadığı əraziyə, həm də gecə saatlarında raket zərbəsi endirdi. Yenə də dinc əhali-uşaqlar və qadınlar da olmaqla erməni terrorunun qurbanı oldular.

Fransa və Rusiyadan sonar növbə ABŞ-a gəldi. Və nazirlər yenidən görüşə çağrıldı. Eyni senari, ancaq fərqli məkan olmaqla yenə humanitar atəşkəs razılığı oldu. Xislətinə sadiq qalan ermənilər bu dəfə də humanitar atəşkəsi pozdular. Döyüş bölgəsindən xeyri aralı Bərdə şəhərinə raket atdılar. Və günahsız körpələr olmaqla ölən və yaralalallar oldu.

Bütün bunlar dünyanın közü qarşısında baş verir və dünya dövlətləri, başda ölkələrə “demokratiya” dərsi keçən ABŞ və Avropa dövlətləri susur. Gəncəyə ikinci raket zərbəsindən sonrar döyüş bölgəsinə gələn, dağılan Gəncə şəhərini və zərər çəkənləri görən, qismən də olsa ədalətli reportaj hazırlayan Fransalı jurnalist hədə-qorxuyla üzləşdi. Reportaj efirdə nümayiş olunandan az keçməmiş yığışdırıldı, jurnalist də erməni lobbisi tərəfindən təhdid edildi.

Bəlkə də bu reportajın “heyfini” çıxmaq məqsədilə digər fransalı jurnalist Azərbaycan Prezidentindən müsahibə götürmək arzusunda oldu. Bu arzu gerçəkləşsə də məqsədinə çata bilmədi erməni lobisinin əlaltısı, pulu hesabina yaşayan jurnalist. Çünki səslənən sualların müqabilində Ali Baş Komandan elə tutarlı, diplomatiq, həm də Azərbaycan xalqının qəlbindən keçən cavablar verdi ki, bu, tərs sillə effekti yaratdı. Müstəntiq kimi suallara başlayan jurnalist sonda əzilmiş olaraq təşəkkürünü bildirdi. Sanki sözləşmişlər kimi bu dəfə də ABŞ-dan olan Jurnalist müsahibə götürdü və cavabını aldı.
Dünyaya “demokratiya” fışqıran, ancaq haqqı, ədaləti tapdalayan, imza atdıqları qərarlara tüpürən bu dövlətlər çox gözəl bilirlər ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan güclü dövlətə, siyasi iradəyə və orduya sahib bir dövlətdir. Bilirlər ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etmək, bölgədə sülhü bərqarar etmək üçün haqq işinə qalxıb. Bu qalxış itirilən 20 faiz torpaqların azad olunması ilə nəticələnəcək. Elə bunun qorxusu və əndişəsidir ki, Azərbaycanın dincə əhalisinin –uşaqların, qadınların, qəcaların erməni terroru nəticəsində qurban getmələrinə seyirçi qalırlar.

Əvəzində Azərbaycana siyasi və mənəvi dəstək verən Türkiyəyə, onun lideri Rəcəb Tayyib Ərdoğana qarşı birləşiblər. Bütün bunlar əbəsdir, çünki Azərbaycan 20 faiz torpağını terrorçu Ermənistanın silahlı qüvvələrindən təmizləyir,Türkiyə isə qardaşının yayında olmaqdan öncə haqqı-ədaləti dəstəkləyir.

Azərbaycanın haqq işinə qulaqları kar, gözləri kor, dilləri lal olan dövlətlər, gün gələcək sizlər cavab verməli olacaqsınız, Allahın qarşısında! Ədalətsizliyinizin hesabı sorulacaq, bu və digər şəkildə!
Bu zaman erməni lobbisinin pulları, səsləri sizləri qurtarmayacaq!

Buna hazır olun!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər