Sizin Reklam Burada

"Artıq status-kvo dəyişib, 27 il müzakirə edilmiş elementlər qüvvədən düşüb"

"Artıq status-kvo dəyişib, 27 il müzakirə edilmiş elementlər qüvvədən düşüb"Azərbaycan Ordusunun işğalçı erməni hərbi birləşmələri üzərində davamlı zəfərləri Ermənistan hakimiyyətini, işğalçı ölkəni dəstəkləyən dövlətləri və bütün dünya ermənilərini şoka salıb. Son bir ayda Azərbaycan Ordusunun işal altında qalan torpaqlarımızın azad edilməsi ilə bağlı apardığı uğurlu hərbi əməliyyatlar ölkəmizin hərbi və iqtisadi gücünü dünyaya göstərdi. Dünya Azərbaycanın bölgədə qüdrətli və yenilməz ölkə olduğunu qəbul etdi. Ermənistan baş naziri Nikol Paşinyanın başını itirməsi, erməni hərbi birləşmələrinin darmadağın olması, əsgərlərin silah-sursatları atıb döyüş bölgələrindən qaçmaları, Ermənistanın xaricdən dəstək ala bilməməsi, minlərlə erməni hərbçinin məhv edilməsi Ermənistanda daxili vəziyyəti gərginləşdirib.

Artıq ermənilər Azərbaycan xalqının səbrinin tükəndiyini, Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad ediləcəyini dərk ediblər. Paşinyanın yalvarışları, müxtəlif obrazlara girməsi, xalqa yenə də yalan vədlər verməsi işini daha da çətinləşdirib. İşğalçı ölkədə sosial vəziyyət gərginləşib, gənclər Qarabağda vuruşmaqdan imtina edirlər, işğalçı ölkənin ordusunda xaos hökm sürür, qarşıdurma yaşanır. Əhalinin sosial durumu daha da ağırlaşıb, ermənilər aclıq və səfalət içindədirlər, erməni diasporu da artıq Paşinyan hakimiyyətinə yardım etməyin mənasız olduğunu düşünüb yardım kampaniyasını dayandırıb. Ermənistanın xaricə olan borcunun artması ölkəni iqtisadi tənəzüllə gətirib çıxarıb. Azərbaycan Ordusunun bir ay müddətində Ermənistan ordusu üzərində qələbələri dünyanı Azərbaycanı olduğu kimi qəbul etməyə məcbur etdi.

QHT sədri, ictimai fəal Emin Əliyev “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan heç bir zaman Ermənistanla müqayisə edilməməlidir.:”Çünki sovet imperiyası dövründə və müstəqillik illərində sadəcə eyni regionda mövcud olduqlarına görə bu iki ölkəni bir-biri ilə müqayisə edirdilər. Sadəcə 2020-ci il üçün hər iki dövlətin dövlət büdcələrinə diqqət yetirsək fərqin nə qədər böyük olduğunu müşahidə etmək olar. Bundan başqa müdafiə xərcləri, investisiya xərcləri, sosial-müdafiə xərcləri 4-6 dəfə fərqlə Azərbaycanın xeyrinədir. Ölkələrimizin əhalisinin sayı arasında olan ən azı 4 dəfə fərq vardır. Ermənistan bütün parametrlərinə görə Azərbaycandan geridə qalır. Bəs nə üçün ermənilər 2020-ci il ərzində həm sərhəd, həm də təmas xəttlərində bir neçə dəfə təxribata əl atdılar? Nəyə arxayın idilər? Nəyi düzgün hesablamamışdılar?”

E.Əliyev deyib ki, Nikol Paşinyan 08 may 2018-ci ildə millətçi qanadın “qanadları üzərində” hakimiyyətə gəldi. Bu millətçi qanadın “sponsoros”ları bir neçə postsovet ölkəsində rəngli inqilablar həyata keçirməyə cəhd etmiş və Azərbaycan kimi nadir ölkələr istisna olmaq əksər hallarda “müvəffəqiyyət” qazanmışdır. Lakin qazanılmış bu “müvəffəqiyyətlər” millətlərin maraqlarına xidmət edəcəyi “mahnılar”la süslənsə də nəticələri xaos, özbaşınalıq və məğlubiyyət olmuşdur: “Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra öz ölkəsində hansı oyunlar oynadı öz işidir və xalqı ilə özü hesablaşar. Lakin hakimiyyətə gəldikdən qısa müddət keçməmiş “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsi, daha sonra Şuşada bir dəstə “küçə siyasətçiləri” ilə yallı gedib təlxəklik etməsi Azərbaycanın siyasi maraqlarının humanist prinsiplər üzərində təmin edilməsi dəsti-xəttində yeniliklərə getməyə vadar etdi.

Ermənistan əsasən aşağıda qeyd edilən elementlərə görə özünü təkəbbürlü aparır və siyasi polemikalarda “dominantlıq rolu oynamağa” səbəb olurdu:

- Birinci Qarabağ müharibəsinin nəticəsində torpaqlarımızı işğala məruz qoyması və bu ərazilərin Ermənistanın quldur dəstələri tərəfindən idarə olunması – bir sözlə özlərini “qalib” hesab etmələri;

- Dünyanın böyük güclərində, xüsusilə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkələrində fəaliyyət göstərən və kifayət qədər fəal olan erməni diasporunun olması;

- Cənubi Qafqazda maraqları olan Rusiya və İranla olan isti münasibətləri və bu dövlətlərin Ermənistana göstərdikləri hərtərəfli dəstək;

- Ermənistanın KTMT üzvü olması və bunun əksinə, Azərbaycanın heç bir blokun üzvü olmayaraq Qoşulmama hərəkatında aktivlik etməsi nəticəsində heç bir ölkənin Azərbaycanda hərbi blok maraqlarının olmaması;

- Ermənistanda olan Rusiya Federasiyasının 102 saylı hərbi bazası və Ermənistanın Türkiyə və İran sərhəd zolağının Rusiya sərhədçiləri tərəfindən mühafizəsi;

- Ermənistan ictimai rəyindən Azərbaycan xalqının artıq Qarabağla maraqlanmaması, “rahatlıq zonası”nda olması və status-kvonun Azərbaycan xalqının maraqlarına müvafiq olması kimi yanlış düşüncələrin olması”.

Yuxarıda qeyd edilənlərdən başqa daha bir neçə bəndlər sadalana bilər, lakin ilkin qiymətləndirmə üçün bunlar kifayətdir. Sadəcə 2020-ci il ərzində Ermənistanın bir neçə irimiqyaslı təxribatlar həyata keçirməsi məhz həmin təkəbbürlü siyasətin nəticəsidir. Bütün bu müddət ərzində media və sosial şəbəkələrdə ermənilərin özlərini də olduqca aqressiv aparması, “Qafqazın sahibi olduqları” düşüncəsi, Azərbaycanı öz “dayıları” ilə hədələməsi artıq kütləvi psixoz halının göstəricisi idi. Bu artıq son idi. Azərbaycan tərəfi düşmənin nazı ilə oynamağa son qoymaq üçün yekun qərar verdi. Verilən qərarın nədən ibarət olduğunu və nəticəsinin nə olduğunu bütün dünya görməkdədir. Ölkəmizin siyasi rəhbərliyi qısa bir müddət ərzində həm diplomatik, həm də hərbi sferada çevik qərarlar verərək mövcud vəziyyəti Azərbaycanın xeyrinə dəyişdirməyə nail oldu. Ermənistanı “öz bacıları” hesab edən dövlətlərin rəhbərliyi Azərbaycanın prezidentinin qətiyyətli sualları, qəzəbli çıxışları qarşısında neytral olmağa və ya ən azından düşmən dövlətə açıq dəstək verməməyə məcbur oldu. Bu məqamda ölkəmizin əbədi müttəfiqləri olan dövlətlərin Azərbaycana siyasi və diplomatik dəstək verməsi də bizim Vətən müharibəmizdə nailiyyətlərimizin həcminin böyük olmasını şərtləndirib:

“İlkin hesablamalara görə Ermənistanın təxminən 3 milyard dollar həcmində hərbi texnikası ya tamam sıradan çıxarılmış, ya da müzəffər ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmişdir. Buna əlavə olaraq sadəcə özlərinin etiraf etdiyi 6 min nəfərədək insan itkisinin olması düşmənin itkilərinin həcmini göstərir. Burada bir məqama toxunmaq istərdim. Ermənistanın baş naziri və bütün siyasi elitası, eyni zamanda elə erməni ictimaiyyəti “sevinc və qürur” hissi ilə bildirirlər ki, Azərbaycan tərəfinin qısamüddətli hücum planları(blits-krik) “iflasa uğramışdır”. Lakin nəzərə alsaq ki, ordumuzun cəmi dörd həftəyə zad etdikləri 4 rayon ermənilər tərəfindən 4 ildən çox müddətə işğal edilmişdir! Ermənistan tərəfi bir neçə gün öncə döyüşlərin Şuşanın cəmi 5 km-liyində getdiyini elan edəndə erməni ictimaiyyəti şok yaşadı. Çünki onlarda elə bir təsəvvür var idi ki, döyüşlər hələ də Füzuli rayonu ərazisində baş verir. Sadəcə buna görə Ermənistan rəhbərliyini erməni xalqı süpürüb Göyçə gölünə tökməlidir”.

E.Əliyev onu da qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi artıq çaxnaşma və xaos yaşayır. N.Paşinyan həbs etdirdiyi eks-prezidentləri, deputatları gah tənqid edir, gah dialoqa çağırır. Erməni siyasətində kriminal avtoritet olan milyonçu və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyan bir müddət öncə həbs edilsə də bu yaxınlarda həbsdən azad edildi. Ona azad olmasının qarşılığında başına topladığı cinayətkar dəstəni öz pulu ilə təmin edərək döyüş əməliyyatlarına getməsi tapşırıldı:

“Bütün bu proseslərin daxilində sentyabr ayının 27-dən etibarən Azərbaycan tərəfinin birlik, bərabərlik, dəyanət nümayiş etdirməsi, siyasi rəhbərliyinin təmkinli, soyuqqanlı, qətiyyətli siyasəti düşmən tərəfi daha da qıcıqlandırır. Bununla yanaşı hər zaman güvəndikləri dövlətlərin rəhbərliyinin daha çox neytral mövqe sərgiləməsi, Qarabağın Azərbaycan ərazisinin olmasını və bunun beynəlxalq hüquq normalarına uyğun olduğunu açıq mətnlə bildirməsi erməniləri siyasi nok-auta salmışdır. Meydanda tək qalan və daim özündən razı siyasi xətt nümayiş etdirən Ermənistan hətta döyüş meydanlarında qalaraq çürüyən meyitlərini belə götürməkdən imtina edəcək qədər acizləşmişdir. 85 yaşlı iki qoca erməni girovu isə geriyə almaqdan imtina etmələri isə hesab edirəm ki, öz xalqlarına qarşı xəyanətdir.

Artıq status-kvo dəyişib, 27 il müzakirə edilmiş elementlər qüvvədən düşüb. Yeni siyasi şərtlər yaranıb. Bu şərtlərdə Azərbaycan qalib dövlət kimi masaya oturacaqdır. Təbii ki, o masa qurulacaqsa! Bu günə qədər müşahidə edilir ki, Ermənistan artıq son 5 həftə ərzində 3 dəfə razılaşdırımış atəşkəs rejimini pozmuşdur və o Azərbaycan əsgərinin işğal altında qalan son santimetr ərazimizi də azad etməli olduğuna “çağırış edir”. Ordumuz isə yorulmadan irəliləyir. Cəbhədən xoş xəbərlər gəlir. Xalqımız artıq həyəcanla Şuşanın azad edilməsi xəbərinin Ölkə başçısı, Ali baş komandan tərəfindən elan olunmasını gözləyir.

Bu müharibə ölkəmizi daha da gücləndirdi, xalqımızı yumruq kimi birləşdirdi. Qarşı tərəfdə isə tamam bir fiasko vardır. Çətin ki onlar bundan sonrakı illər ərzində özlərinə gəlsinlər. Lakin biz də dayana bilmərik. Daha da güclü olmaq üçün daha da əzmlə çalışmalıyıq. Çünki biz bu erməniləri artıq 200 ildir ki tanıyırıq. Onlara mərhəmət edərsən əvəzində xəyanət görərsən! Biz böyük xalqıq, müdrik xalqıq! Bu cür mərhəmət xainə bir daha edilməyəcəkdir. Bu dəqiqdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər