"Beynəlxalq aləm erməni vadalizminin əməllərinə yenə də susur"

"Beynəlxalq aləm erməni vadalizminin əməllərinə  yenə də susur"Son günlərdə azğın düşmənin bəşəri dəyərləri ayaqlar altına ataraq dinc insanları hədəf seçib Bərdəyə raket ataraq qeyri-insanı vəhşiliklər törətməsi təkcə Azərbaycan qarşı yox, bütövlükdə dünyaya qarşı hərbi cinayət və erməni vandalizminin növbəti təzahürü idi.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün dünyanın fundamental dəyərləri itirilmiş, ayaqlar altına atılmış durumdadır.

“ Birinci Dünya Müharibəsindən sonra bəşəri və insanı dəyərlərin müdafiə olunması və inkişaf etdirlməsi məqsədi ilə ciddi addımlar atılaraq beynəlxalq səviyyəli təsisatlar yaradıldı, hüquqi baza yaradıldı. Lakin son illərdə biz uzun illər ərzində yaradılan bəşəri dəyərlərin deqradasiya uğradığının və alt-üst edildiynin şahidi olmaqdayıq. Beynəlxalq təsisatlar üzərinə düşən missiyanı icra edə bilmir və aciz duruma düşüblər. Bunun da əsas səbəbi dünyanın aparıcı dövlətləri tərəfindən pozulması, öz maraqlarına uyğun şəkildə dünyadakı problemlərə ikili münasibət bəsləməsidir. Əgər belə olmasaydı təcavüzkar Ermənistanın işğalçılıq, dinc insanlara, xüsusən də qadın və uşaqlara qarşı qeyri-insani vəhşiliklərinə, hərbi cinayətlərinə göz yummazdılar. Amma biz bu gün nə başda BMT olmaqla digər hər hansı beynəlxalq təsisatın faşist Ermənistanın həyata keçirdiyi nə işğalçılıq siyasətinə, nə də dinc insanlara, qadın və uşaqlara qarşı vandalizm hərəkətlərinə qaşın üstə gözün var deyən yoxdur. Bununla da beynəlxalq hüququ müdafiə edib, onun icrasına nəzarət edən beynəlxalq təsisatlar və beynəlxalq güclərin özləri bunu kobud surətdə pozur və ayaqlar altına atırlar. Əgər bu belə olmasaydı terrorçu, işğalçı Ermənistan bu gün belə at oynatmazdı, bəşəriyyətə, insanlığa qarşı qarşı belə qeyri-insani cinayətlər törətməzdi. Beynəlxalq hüququn pozulmasının qarşısını almaq və onun qorumalı olan beynəlxalq səviyyəli təsisatlar və beynəlxalq güclər bunun qarşısını alardılar. Ancaq biz bu gün həmin güclərin təcavüzkara hərtərəfli dəstək verdiyinin və terrorçu dövləti işğalçılığa, insanlığa qarşı qeyri-insanı vəhçi cinayətlərinin davam etdirilməsinə sövq edildiyinin şahidiyik”- komitə sədri qeyd edib.

Millət vəkili əlavə edib ki, beynəlxalq hüququ qorumalı olan təsisatlar və güclər bunu etmədiyindən Türkiyə və Azərbaycan onların qəbul etdiyi qərarların icrası ilə məşğuldur: “Cənab Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, əslində Azərbaycan bu gün BMT və digər beynəlxalq səviyyəli təsisatların işini görərək, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrası ilə məşğuldur. Bununla da Azərbaycan və Türkiyə BMT-nin itirilmiş nüfuzunun bərpası ilə məşğuldur. Türkiyə bu gün dünyanın ən müxtəlif bölgələrində məzlumların, hüquqları pozulan insanların hüquqlarını müdafiə etməklə məşğuldur. Azərbaycan da həmçinin, həm yerləşdiyimiz bölgədə, həm də dünyada bu istiqamətdə öz səylərini göstərməkdədir.

Azərbaycan və Türkiyənin bu səylərinə baxmayaraq beynəlxalq aləm hələ də susqunluq nümayiş etdirib, təcavüzkar ölkənin hərbi cinayətlərinə göz yumur”.

Terrorçu Ermənistanın Bərdədə qanlı qətliam törətməsinə gəldikdə isə komitə sədri deyib ki, faşistlərin Bərdəyə atdığı rajet təkcə Azərbaycana yox, eyni zamanda dünya insanlığına, ABŞ-a, Rusiyaya, Fransaya, Almaniyaya, İrana atılan raketdir: “ Beynəlxalq aləm yenə erməni vadalizminin əməllərinə yenə də susur. Faşist və terror dövlət səviyyəsində dünyanın gözü qarşısında nümayişkəranə formada həyata keçirsə də, ona hələ də “DUR!” deyən yoxdur. Beynəlxalq aləm susqunluq nümayiş etdirdiyindən vandalizmi həyata keçirən terrorçuların dərsini və cəzasını özü verir. Azərbaycan azğın düşmən və uşaq, qadın canilərinin cəzasını döyüş meydanında verir və bundan sonra da verəcək. Bütün cinayətkarlar öz layiqli cəzasını alacaq”.

Komitə sədri onu da əlavə edib ki, faşist Ermənistanın siaysi-hərbi rəhbərliyi bu gün təkcə Azərbaycan qarşı deyil, eyni zamanda öz xalqına qarşı da dəhşətli cinayətlər törətməkdədir: “Bu gün terrorçu Ermənistanın siyasi-hərbi rəhbərliyi günahsız yerə vətəndaşlarını başqa bir ölkənin ərazisində qırğına verir. Bundan əlavə olaraq döyüş meydanında ölən hərbçilərinin, girovlarını belə qəbul etmək istəmir.Azərbaycan tərəfi birtərəfli qaydada döyüç meydanında ölən düşmən ordusunun hərbçilərini təhvil vermək istəsə də, qarşı tərəf bundan imtina edib. Bu bird aha sübit edir, bu ölkəyə rəhbərlik edənlərdə zərrə qədər insanlıq yoxdur. Odur ki, belə mənfur düşməndən insanlığa qarşı ən ağlagəlməz cinayətlərin törədilməsini gözləmək olar. Amma Azərbaycan azğıqn düşmənin onun başa düşəcəyi dildə başa salmağı bilir və bunu də döyüç meydanında tətbiq etməkdədir. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın komandanlığı altında azğın düşməni torpaqlarımızdan iti qovan kimi qovub çıxarmaqdadır. Qələbə Azərbaycanındır və tezliklə ərazi bütövlüyümüzə qovuşub, qələbəni təntənəli surətdə qeyd edəcəyik”.