Sizin Reklam Burada

Qarabağ separatçılarının "müdafiə naziri" məhv edildi

Qarabağ separatçılarının "müdafiə naziri" məhv edildiQondarma "dqr"in "müdafiə naziri" kimi təqdim edilən terrorçu Cəlal Arutyunyan yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə qondarma “dqr”in terrorçu rəhbəri Araik Arutyunyan məlumat yayıb.

O bildirib ki, ağır yaralanması səbəbindən “general” vəzifəsindən kənarlaşdırılıb. Hazırda Azərbaycan ərazisindəki silahlı separatçı-terrorçulara “general-mayor” Mikael Arzumanyan rəhbərlik edir.

Araik Arutyunyan ona artıq "general-leytenant" rütbəsi verdiyini də açıqlayıb.

Qeyd edək ki, ötən gün C.Arutyunyanın məhv edildiyi haqda məlumat yayılmışdı. Əslində, A.Arutyunyanın təcili olaraq Cəlal Aurtyunyanı vəzifəsindən azad etməsi və onun əvəzinə Arzumanyanı təyin etməsi, üstəlik anında da ona "general-leytenant" rütbəsi verməsi C.Arutyunyanın məhv edildiyi xəbərini təsdiqləyir. Əks halda onun vəzifədən uzaqlaşdırılmasına və yerinə təyinat yox, "əvəzedicisi" təyin edilə və yaxud səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlı "qərar" verilərdi.

Əlavə edək ki, C.Arutyunyanın necə yaralanması, nədən müalicə olunduğu və hazırda vəziyyətinin necəliyi barədə də heç bir məlumat verilmir. Bu isə C.Arutyunyanın məhv edildiyi barədə məlumatı təsdiqləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər