Sizin Reklam Burada

Ermənistan dövlətinin faşist və terror üzü!

Ermənistan dövlətinin faşist və terror üzü!Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Dövlət başçımızın Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu sübut etdi ki, Azərbaycan tərəfi münaqışənin sülh yoluyla nizamlama prinsiplərinə hər zaman sadiq olub və işğalçı, terrorçu Ermənistandan fərqli olaraq bir sivil dövlət kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Bəllidir ki, Moskva danışıqlarından sonra da Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada yerinə yetirməyə davam edir və münaqişənin dinc yolla, sülh yolu ilə həllinə üstünlük verir. Lakin danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələri gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla misli görünməmiş terror hadisəsi törətdi.

Bu terror aktı nəticəsində bizim çoxlu sayda mülki sakinlərimiz həlak oldu. Ölən və yaralanan insanlar arasında körpə uşaqlar, qocalar və qadınlar çoxluq təşkil edir. Bax budur ermənilərin gerçək üzü,
Ermənistan dövlətinin faşist və terror üzü!

Biz ermənilərin uşaq və qadın qatili olduqlarını onsuz da yaxşı bilirdik. Xocalı qətliamı buna əyani misaldır. İndi qoy bütün dünya ictimaiyyəti də erməni vəhşiliklərini görsün və bilsin. Hərçənd ki, dünya birliyi elə o zaman da Xocalıda baş verən dəhşətli soyqırıma biganə yanaşmışdı. Amma ümid edirik ki, bu biganəlik bizim günlərdə bir daha təkrarlanmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi real döyüş meydanında məğlubiyyətlərini ört-basdır etmək üçün mülki sakinlərimizi hədəf alır. Bu isə hərbi
cinayətdir. Vəziyyətin bu cür qaynar fazaya daxil olmasında Azərbaycanın təqsiri yoxdur. Bütün təqsir işğalçı siyasət yürüdən hazırki Ermənistanın rəhbərliyinin üzərinə düşür. Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətin bu həddə çatmasında şəxsən günahkardır.

Prezident İlham Əliyev TASS-ın müxbirinə müsahibəsində tamamilə haqlı olaraq qeyd etdi ki, Ermənistan tərəfi heç bir beynəlxalq konvensiyaları və qanunları tanımır, əldə olunan humanitar atəşkəsin
prinsiplərinə belə məhəl qoymaq istəmir. Bəli, biz 30 il gözlədik ki, işğal altında olan torpaqlarımızı sülh yolu ilə, qarşılıqlı kompromis yolu ilə azad edək. Ermənistan tərəfi isə daim məsələnin həllini uzadaraq imitasiya edirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu imitasiyalara, bu hiyləgər diplomatiyaya birdəfəlik son qoydu və indi torpaqlarımızı işğaldan azad edir.

Fikir verdinizsə, Ordumuzun azad etdiyi əraziləridə düşmən tərəf çox güclü istehkamlar qurumuş. Cənab Prezident də bu faktı sözügedən müsahibəsində qeyd etdi. Düşmən tərəf işğal etdiyi Azərbaycan
rayonlarının, kəndlərinin hətta adlarını da dəyişirmiş. Bütün bunlar isə onu göstərir ki, Ermənistan tərəfi işğal etdikləri ərazilərimizi əslində bizə geri qaytarmaq fikrində olmayıb. Bu müddət ərzində Ermənistan tərəfinin mövqeyi daim sülhə mane olub. Xüsusən də son iki illik dönəmdə Ermənistan tamamilə qeyri- konstruktiv mövqedən çıxış edib. Lakin düşmən bilməliydi və bilməlidir ki, onlar işğal etdikləri əraziləri bir gün mütləq geri qaytarmalı olacaqlar. İşğal nəticəsində öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşən bir milyondan çox soydaşlarımız öz evlərinə geri qayıtmalıdırlar. O gün bu gündür. İndi Azərbaycan Ordusu düşməni buna məcbur edir.

İlham Əliyev müsahibəsində status-kvo məsələsinə də toxundu və bir daha bəyan etdi ki, artıq status-kvodeyilən bir anlayış yoxdur, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları status-kvo siyasətini və təmas xətti deyilən süni maneəni artıq darmadağın edib. Bu bir faktdır ki, biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danişiqlar prosesində müəyyən irəliləyişlərə nail olmuşduq. 5 rayon
qaytarılırdı, ardınca Kəlbəcər və Laçın qaytarılmalı idi. Danışıqlar bu xətt üzrə gedirdi. Lakin Ermənistan tamamilə qeyri-konstruktiv mövqe tutdu. Davamlı şəkildə cürbəcür təxribatlara yol verdi. Ona görə də danışıqlar prosesi pozuldu və indi artıq Ermənistan deyil, şərtləri Azərbaycan tərəfi irəli sürür. İndi işğalçı ölkənin bizə qarşı hər hansı bir şərt diktə etməyə, bizimlə qalib ədası ilə danışmağa təpəri, iqtidarı yoxdur. İndi yeganə şərti cənab Prezident yeganə irəli sürür: düşmən tərəf işğal etdiyi bütün ərazilərdən dərhal və qeydsiz-şərtsiz çıxmalıdır.

Dövlət başçımız məlum müsahibəsində həmçinin bu gün Ermənistanın yenidən silahlanması məsələsinə də toxundu. Bu isə heç şübhəsiz ki, bölgənin təhlükəsizliyini pozur. Prezident vurguladı ki, hazırda Rusiyada yaşayan erməni mənşəli iri sahibkarların və beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah
alverçilərinin əli ilə qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana silah-sursat daşınır. İlham Əliyev Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olmasından çıxış edərək ümid etdiyini bildirdi ki, yəqin ki, bu məsələlər Rusiya tərəfindən araşdırılacaqdır.

Prezident Ermənistanın hazırki Baş nazirinin Sorosun əlaltısı olması faktının və onun tərəfdarlarının bu son dönəmlərdə Rusiyaya qarşı düşmən əhval-ruhiyyəli davranışlarını da TASS-ın müxbirinin diqqətinə çatdırdı: ”Bu insanlar vaxtı ilə Rusiya səfirliyinə etiraz əlaməti olaraq yumurta atırdılar. Paşinyan və onun iqtidar nümayəndələri Sorosun əlaltılarıdır. O zaman onların bir şüarı var idi: “Rusiyalı işğalçılar rədd olun”. Yəqin Rusiya hakim dairələri bu olayları yaxşı xatırlayırlar. Bu gün bəzi Rusiyalı siyasətçilərin
Ermənistan tərəfini müdafiə etmələri bizdə təəccüb doğurur”. İlham Əliyev bu məqamı dilə gətirməkləhəmin rusiyalı siyasətçilərin tutduqları mövqenin əslində Rusiyanın dövlət maraqlarına zidd olduğunu izah etmək, başa salmaq istəyirdi. Bu İlham Əliyev tərəfindən çox uğurlu taktiki gediş idi.

Ali Baş Komandanımız düşmənin artıq öz məğlubiyyətlərini anladığını xüsusi olaraq vurğuladı və qeyd etdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yaxşı bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışını belə Ermənistana güzəşt etməyəcək. Azərbaycan nəyin bahasına olursa olsun, öz torpaqlarını işğaldan azad edəcək. Amma bununla belə Prezident onu da vurğuladı ki, biz müharibənin tərəfdarı deyilik, qan tökülməsini istəmirik və əgər Ermənistan tərəfi işğalçı mövqeyindən əl çəkib konstruktivlik nümayiş etdirərsə, eləcə də baza prinsiplərinin əsasında sülh danışıqlarının davam etdirilməsinə hazırdırsa, o zaman biz də sülh danışıqlarına hazırıq. İlham Əliyev düşmən tərəfdən fərqli olaraq Azərbaycanın həqiqətən də sülh tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Ermənistan rəhbərliyində az da olsa siyasi müdriklik varsa, o Azərbaycanın sülh şərtləri ilə razı olmalıdır. Əks halda çox tezliklə hamımız Ermənistanın rüsvayçı şəkildə kapitulyasiyasının şahid olacayıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər