Daha bir erməni polkovnik məhv edildi
Dərc olunub:
18-10-2020, 14:42
Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub.
Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V.Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub.
Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.