Sizin Reklam Burada

"Dünya birliyi ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidir"

"Dünya birliyi ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Ötən gecə Gəncə sakinləri yenə də açıq terrorla, vandalizmlə, soyqırımla üz-üzə qaldılar. Tarixi paytaxtımız olan Gəncə şəhəri növbəti dəfə vəhşicəsinə bombalandı. Dinc vətəndaşlarımız həlak oldu. Ölənlər arasında körpələr də var. Müharibə zonasına heç bir aidiyyatı olmayan böyük bir şəhərin gecə saatlarında operativ-taktiki raketlə vurulması sıradan bir teror hadisəsi deyil. Bu açıq-aşkar dövlət terrorudur. Ermənistan bu hərəkəti ilə növbəti dəfə təkcə bizə yox, bütün dünyaya meydan oxudu və rəsmən terror dövləti olduğunu sübut etdi.

Biz uzun zaman idi ki, Ermənistanın dövlət terrorizmi ilə məşğul olmasını bütün beynəlxalq təşkilatların diqqətinə çatdırmağa çalışırdıq. Lakin heç kim Azərbaycanın haqq səsini, “SOS!” siqnalını eşitmək istəmirdi. Budur, Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq üçüncü dəfə Gəncəni bu cür dağıdıcı şəkildə bombalamaqla öz terorçu mahiyyətini, vandal xarakterini ortaya qoydu və nə beynəlxalq hüquqla, nədəki ümumbəşəri dəyərlərlə hesablaşmadığını nümayişkaranə şəkildə göstərdi.

Bu dəfə artıq BMT və ATƏT-in Minsk Qrupu Ermənistanın Gəncəyə raket atəşini pisləməklə, quru diplomatik bəyanat verməklə öz işlərini bitmiş, missiyalarını yerinə yetirmiş hesab edə bilməzlər. Onlar işğalçı Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin barbarlığını durdurmaq üçün təcili hərəkətə keçməli, Nikol Paşinyan, David Tonoyan və Zöhrab Mnasakanyan “üçlüy”ünün beynəlxalq hüquq normaları əsasında cəzalandırılması üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu qədər vəhşiliklərə, ədalətsizliklərə məruz qalmış Azərbaycan xalqını sadəcə diplomatik terminlərdən ibarət bəyanatlar verməklə ovutmaq olmaz.

Dünyada sülhün, ədalətin bərqərar olması üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatlar bu insanlıq cinayətinə, bu soyqırıma seyrçi qalmamalıdır. Onlar Azərbaycan xalqının acılarına, müsibətlərinə
həssaslıqla yanaşmalıdırlar, valideynlərini itirmiş uşaqların, körpələrini itirmiş ata-anaların faciəsini öz faciələri kimi hiss etməli və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin haqlı mövqeyinə anlayış göstərməlidirlər. Hər zaman terrora qarşı olduqlarını deyən beynəlxalq təşkilatlar və dünya liderləri indi Azərbaycanın yanında yer almalı, ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidirlər. Biz dünyanın bütün sülhsevər qüvvələrini Ermənistanın faşist, terrorist əməllərinə son qoyulması üçün antiterror birliyinin yaradılmasına çağırırıq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər