Sizin Reklam Burada

Lavrov: Bakı və İrəvan razılığa gəldi

Lavrov: Bakı və İrəvan razılığa gəldiRusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada keçirilən danışıqların yekunları üzrə birgə sənəd qəbul ediblər.

Avrasiya.net-in məlumatına görə, sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımlar barədə razılığa gəliblər:

"1. 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən hərbi əsirlərin və digər saxlanılanların və ölənlərin cəsədlərinin mübadiləsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və meyarlarına uyğun olaraq humanitar məqsədlərlə atəşkəs elan edilir.

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar.

4. Tərəflər danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyirlər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər