Sizin Reklam Burada

KTMT Nizamnaməsi: İrəvan qurumdan qovula bilər

KTMT Nizamnaməsi: İrəvan qurumdan qovula bilərErmənistan KTMT yarandığı vaxtdan indiyədək onun daxilində pozuculuq işi ilə məşğul olub, hərbi-siyasi təşkilatın imicinə zərbə endirən fəaliyyət nümayiş etdirib və qurumun məqsədlərinə zidd davranış sərgiləyib. Zənnimcə, KTMT-nin inkişaf hədəfləri və perspektivləri fonunda Ermənistanın təşkilatdaxili və təşkilatxarici aqressiv davranışı bu işğalçı dövlətin hərbi-siyasi qurumdan çıxarılması məsələsini zamanın tələbinə çevirib.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Ermənistanın KTMT-ni hər vəchlə Qarabağ münaqişəsinə çəkməsi cəhdləri haqda danışarkən deyib.

Millət vəkili deyib ki, İrəvanın əsas hədəfi mövcud müharibə şəraitində Rusiya başda olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın yanında olmasını təmin etməkdən ibarətdir:

“Ermənistanın KTMT ilə münasibətləri kifayət qədər mürəkkəb xarakteristikaya malikdir. Məlum həqiqətdir ki, Ermənistanın siyasi rəhbərliyi hərbi-siyasi təşkilatın Baş katibini heç bir üzv dövlətə xəbərdarlıq etmədən həbs etmişdi. Sonradan digər üzv dövlətlərin, xüsusən Rusiyanın təzyiqi altında bu qərarından geri çəkilməyə məcbur olsa da, hər halda indiyədək də məlum cinayət işinə xitam verilməyib. Bundan savayı, düz bir il ərzində hərbi-siyasi təşkilata Baş katibin seçilməsi prosesinə mane olmuşdur. Bütün bunları nəzərə aldıqda, KTMT çərçivəsində bir üzv dövlət olaraq Ermənistana münasibətdə adekvat davranışın mövcudluğu anlaşılandır. Onu da nəzərdən qaçırmaq olmaz ki, KTMT-nin 10 fəsil, 29 maddədən ibarət Nizamnaməsinin IV Fəslinin 12-ci maddəsində aydın şəkildə yazılıb ki, hərbi-siyasi təşkilatın 4 orqanının (Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katibləri Komitəsi) hər birinin qərarları prosedur məsələlər istisna olmaqla, konsensus əsasında qəbul olunur. Başqa sözlə, təşkilatın üzvlərinin hər hansı birinin “yox“ deməsi kifayətdir ki, müvafiq qərarın qəbulu baş tutmasın. Deməli, məsələyə bu konteksdə yanaşdıqda Ermənistanın indiki halda, yəni hərbi əməliyyatların yalnız Azərbaycan ərazisində aparıldığı, reallıqda KTMT-yə istənilən müraciətinin iflasa uğrayacağını öncədən təxmin etmək mümkündür”.

Deputatın sözlərinə görə, KTMT-nin 2002-ci il 7 oktyabr tarixində qəbul etdiyi Nizamnaməsinin 3-cü maddəsində qeyd olunur ki, Təşkilatın məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi möhkəmləndirməkdən, kollektiv əsasda üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdan ibarətdir:

“Üzv dövlətlər bu məqsədlərin əldə edilməsində siyasi vasitələrə üstünlük verirlər. KTMT-nin Nizamnaməsinin 4-cü maddəsi də Ermənistanın üzvü olduğu təşkilatın norma və prinsiplərinə daban-dabana zidd siyasət həyata keçirdiyini təsdiqləyir. Həmin maddədə qeyd olunur ki, Təşkilat öz fəaliyyətində üzv olmayan dövlətlərlə də əməkdaşlıq edir, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla münasibətlər saxlayır, Təşkilat beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri əsasında ədalətli və demokratik dünya düzəninin formalaşmasına dəstək verir.

Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri isə ilk növbədə, beynəlxalq subyektlərin güc tətbiqi ilə hədələməmək və ya güc tətbiq etməməyini, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, bütün mübahisəli məsələlərin siyasi yollarla tənzimlənməsini özündə ehtiva edir.

Nəhayət, 1992-ci il 15 may tarixində Daşkənddə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsində qeyd olunur ki, üzv dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiqi və ya güc tətbiqi ilə hədələməkdən çəkinəcəkləri ilə bağlı öhdəliklərini təsdiqləyirlər. Onlar öz aralarında və digər dövlətlərlə bütün ziddiyyətləri dinc vasitələrlə həll etmək öhdəliyi götürürlər.

Onu da nəzərə alaq ki, 1993-cü il sentyabrın 24-də Azərbaycan da sözügüdən müqaviləni imzalayıb və 1994-cü ilin 20 aprel tarixindən 1999-cu ilin 2 aprel tarixinədək hərbi-siyasi təşkilatın üzvü olub. Deməli, Ermənistan haqqında bəhs olunan 1-ci maddəyə məhəl qoymayaraq, qurumun digər üzvü olan Azərbaycana qarşı güc tətbiq edib və bütün dinc nizamlama imkanlarının üstündən xətt çəkərək, işğal siyasətini həyata keçirib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər