“Azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməmişik” – Müdafiə Nazirliyi

“Azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməmişik” – Müdafiə NazirliyiÖtən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatları davam edib.

Avrasiya.net-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, düşmənin daha 10 tankı, 30-dək avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilib:

A.Eyvazov bildirib ki, düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik ediblər.

“Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.