Düşmən döyüş meydanından qaçır - MN
Dərc olunub:
8-10-2020, 19:18
Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatları davam edib.
Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, düşmənin daha 10 tankı, 30-dək avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilib:
A.Eyvazov bildirib ki, düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik ediblər.