Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi

Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçiRus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Rusiyanın Znak.com saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reрortajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.

Reрortajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.

Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.

Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir:

“Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.

Reрortyor ermənilərin döyüşmək istəmədiklərini vuröulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib:

“Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”

Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:

“...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.

Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: “Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.

Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.

Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır. “Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər